01 Oktyabr 2022 23:11
713
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Ermənistan sülh fürsətlərini düzgün dəyərləndirməlidir

 

Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə davamlı sülh üçün ümid işığı yanıb. Can Azərbaycana olan dəstəyimiz Şuşa Bəyannaməsi ilə olduqca dəyərli və davamlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin başlanması münasibətilə parlamentin iclasındakı çıxışında ifadə edib.

Türkiyənin yaranan yeni vəziyyətin bölgədə davamlı sülh və sabitlik üçün üzərinə düşənləri yerinə yetirdiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib ki, təyin edilən xüsusi nümayəndələr vasitəsilə Ermənistanla əlaqələri yeni səviyyəyə yüksəltmək iradəsini ortaya qoymuşuq. Ermənistan sülh fürsətlərində üzərində düşənləri düzgün dəyərləndirməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Paşinyanın görüşmək istəyinə uyğun olaraq onların Praqada görüşməsi mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video