Türkiyə Hesablama Məhkəməsinin Azərbaycanla əməkdaşlığı, təcrübə mübadiləsi yüksək qiymətləndirilib
Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Türkiyə Respublikasının Hesablama Məhkəməsinin nümayəndələri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qonaqları salamlayaraq onları Milli Məclisdə görməkdən məmnun olduğunu söyləyib. Komitə sədri Azərbaycanın büdcə sistemi, onun formalaşması prosesi və büdcəyə nəzarət mexanizmləri barədə qonaqlara qısa məlumat verib. O vurğulayıb ki, dövlətimizin başçısının tövsiyələrinə və dövrün tələblərinə uyğun olaraq parlamentdə büdcə müzakirələri və büdcə vəsaitlərinə parlamentin nəzarəti daha əhatəli formada həyata keçirilir. Tahir Mirkişili Azərbaycanın Türkiyənin Hesablama Məhkəməsi ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli son illər dünya ölkələrinin iqtisadiyyatlarının qarşılaşdıqları çağırışlar fonunda büdcə siyasətinin gücləndirilməsi sahəsində Türkiyə ilə birgə əməkdaşlığın və təcrübə mübadiləsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Qəbul üçün təşəkkür edən Türkiyə Respublikasının Hesablama Məhkəməsinin sədri Metin Yener, həmçinin Hesablama Məhkəməsinin dairə başqanı Rafet Doğan Milli Məclisdə olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər. Qonaqlar təmsil etdikləri qurumun tarixindən danışıblar, Türkiyənin büdcə sistemi, onun formalaşması və nəzarətin təşkili haqqında deputatlara ətraflı məlumat veriblər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramov, Aydın Hüseynov, Anar Məmmədov və Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyənin büdcə nəzarəti sistemi üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Türkiyə Hesablama Məhkəməsinin Azərbaycanla əməkdaşlığı, təcrübə mübadiləsi yüksək qiymətləndirilib və təcrübə mübadiləsinin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!