23 Yanvar 2025 17:52
405
CƏMİYYƏT
A- A+
Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  


Ermənistanın artan müdafiə xərcləri, Hindistan da daxil olmaqla müxtəlif ölkələrdən aktiv silah alması və nəhayət, ABŞ-la müdafiə və təhlükəsizliyə xüsusi diqqət yetirməklə “Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanması regional təhlükəsizlik üçün artan narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Selenay Erva Yalçın ifadə edib.

Onun sözlərinə görə, hazırda İrəvan fəal şəkildə təhlükəsizlik sahəsində Moskvaya “alternativ” axtarır və bu məqsədlə həm din kartından, həm də siyasi və hərbi kanallardan istifadə edir.

Ekspert yanvarın 14-də Vaşinqtonda imzalanmış ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin mətninə diqqət çəkib. “Sənədin İrəvan üçün zəif cəhəti ABŞ-ın hərbi dəstəyi, o cümlədən Amerika silahlarının satışı ilə bağlı bəndin olmaması idi”, - deyən türkiyəli ekspert qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələm-tələsik ABŞ-ın regionda sülhün təmin edilməsində rolunun “İrəvan üçün vacib olduğunu” bəyan edib. Halbuki, elə həmin İrəvanda Moskvanın vasitəçilik təkliflərinə cavab olaraq daim “danışıqlar prosesində üçüncü tərəflərin iştirakını istəmədiklərini” bildirirlər.

Ekspert, həmçinin Vaşinqtonun Ermənistan Konstitusiyasının hazırkı variantının dəyişdirilməsi tələblərinə, Əsas Qanunun mətnindən qonşu ölkələrə qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına qərəzli münasibətini diqqətə çatdırıb. “Təsadüfi deyil ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsində ABŞ nümayəndələri yalnız ədalət və demokratiyanın vacibliyindən danışırlar”, - deyə AVİM analitiki qeyd edib.

Onun fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşmasının digər göstəricisi İrəvanın nüvə enerjisi sahəsində Moskva ilə deyil, Qərblə əməkdaşlığı inkişaf etdirmək istəyidir.

AVİM ekspertinin sözlərinə görə, Qərblə yaxınlaşma tendensiyası Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi kontekstində də özünü göstərib.

“Eyni zamanda, aydın şəkildə dərk etmək lazımdır ki, Qərbin Cənubi Qafqazla bağlı planları uzunmüddətli sülh və sabitliyə töhfə verməkdən uzaqdır. O cümlədən, Ermənistan-Azərbaycan münasibətləri məsələsində Qərb dövlətlərinin ermənipərəst mövqeyi tamamilə aydındır. “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsi ilə bağlı ABŞ-ın Gürcüstana təzyiqi də Qərbin regional proseslərə yanaşmasının konstruktivliyi ilə bağlı nikbinlik yaratmır”, - deyə ekspert bildirib.

Analitik vurğulayıb ki, Qərb dövlətləri nümayəndələrinin Cənubi Qafqazla bağlı birtərəfli və qərəzli bəyanatları onların regionda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədlərinin səmimiliyini şübhə altına alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Artıq «iPhone»lara zəlzələ bildirişləri gələcək

15:36
07 Noyabr

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub  

15:34
07 Noyabr

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

15:31
07 Noyabr

Akademik: Mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır  

15:29
07 Noyabr

Professor Nadir Məmmədli: Azərbaycan dilinin milli korpusu yaradılır  

15:28
07 Noyabr

Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib - MƏHKƏMƏ  

15:25
07 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyində yeni elektron növbə sistemi tətbiq olunur  

15:24
07 Noyabr

Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi – Konfrans

15:20
07 Noyabr

Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib  

15:16
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

14:21
07 Noyabr

Sahil Babayev: Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq  

14:04
07 Noyabr

Nazir: Bu il dotasiyadan istifadə normal səviyyədədir, amma subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır  

14:03
07 Noyabr

İran Prezidenti: Əgər quraqlıq davam edərsə, Tehran təxliyə olunmalıdır  

13:58
07 Noyabr

Uşaqlıq xatirələrini bərpa etmək mümkün oldu

13:54
07 Noyabr

Donald Tramp: Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib  

13:54
07 Noyabr

Reaktiv bel çantası təqdim edilib

13:53
07 Noyabr

Kiberpolis qanunsuz qumar oyunlarını sosial şəbəkələrdə reklam edən şəxslərə qarşı tədbir keçirib

13:51
07 Noyabr

Şuşakənd, Badara, Həsənriz və Vəngli kənd sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

13:46
07 Noyabr

Ombudsman: İnsan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olduqca zəruridir  

13:43
07 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək  

13:38
07 Noyabr

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

13:34
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!