01 Fevral 2023 22:02
606
PARLAMENT
A- A+

Türk parlamentari: Azərbaycanlı ekoloqlar və fəallar etirazlarında haqlıdırlar

 

Fevralın 1-də Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edən komitə sədri bildirib ki, Türkiyənin Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktını ilk qınayan ölkə olması da dediklərimizi bir daha təsdiqləyir.

Komitə sədri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hər iki lider ümumbəşəri siyasət yürüdərək regionda və dünyada sülhü və sabitliyi dəstəkləyir.

Türkiyənin yeni prezident seçkiləri ərəfəsində olduğunu bildirən komitə sədri seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım qırılmaz tellərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan əlaqələrindən danışıb və Ulu Öndər Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsində rolunu vurğulayıb.

Azərbaycanın regionda sülh və sabitlik istədiyini deyən TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Laçın-Xankəndi yolundakı aksiyaya da münasibət bildirib. O vurğulayıb ki, ölkənin sərvətləri talandığı üçün Azərbaycan ekoloqlarının və fəallarının etirazı haqlıdır. Şamil Ayrım dostluq qrupu olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıb.

Söhbət zamanı Şamil Ayrım Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdən də danışıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Vahid Əhmədov, Sadiq Qurbanov, Hicran Hüseynova və TBMM-in deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tülay Kaynarca iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Eldar Quliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Anar Məmmədov, Nizami Səfərov, Əminə Ağazadə, Jalə Əliyeva, Azay Quliyev də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video