13 Sentyabr 2022 00:59
997
Təhsil
A- A+

Tərtərdə tələbə adı qazanan gənclərlə görüş

 

Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib. Tədbir iştirakçıları öncə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksəkbilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Rayon icra hakimiyyətinin başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki,  Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq bağçaları, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
M.Məmmədov Prezident İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra "Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladığını, artıq yeni dərs ilində şagirdlərin yeni tikilmiş 432 şagird yerlik yeni binada təhsil alacağını, şəhər 5 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni bina inşa edildiyini minnətdarlıqla vurğulayıb. Qeyd edib ki, rayonda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 420 nəfərdən 302-si ali, 46 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. Bu il ali məktəbə daxil olanların sayı ötən illə müqayisədə 96 nəfər çoxdur. 6 nəfər 600-dən yuxarı, 21 nəfər 500-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan şəhər 1 saylı, Qaradağlı, Evoğlu, Mamırlı, Səhləbad, Şıxarx 1 saylı tam orta məktəbin məzunlarıdır.  6 nəfər isə Naxçıvanski adına hərbi liseyə daxil olub. 
Ali məktəblərə qəbulda Buruc, Qapanlı, Şıxarx kənd 1 saylı, Hacıqərvənd, şəhər 5 saylı, Köçərli kənd və şəhər 6 saylı tam orta məktəbləri fərqlənmişlər.     
Mamırlı kənd tam orta məktəbin məzunu Murad Qarayev buraxılış imtahanlarında əla qiymət almış, Respublika Fənn Olimpiadasında qalib olduğuna görə Təhsil Nazirliyi tərəfindən "Qızıl medal"la təltif edilmişdir. Murad 610 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub.   
Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev, şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, Şıxarx kənd 1 saylı tam orta məktəbin direktoru Ramil Ağayev, tələbə adını qazanmış "Azərbaycan Bayrağı" ordenli qazi Elnur Salahov, şəhid Mehman Əliyevin qızı Ceyhunə Əliyeva, rayon üzrə ən yüksək bal toplayan Qaradağlı kənd tam orta məktəbinin məzunu Qədim Qədimli, "Qızıl medal" almış Mamırlı kənd tam orta məktəbinin məzunu Murad Qarayev çıxış edərək öz ürək sözlərini bildiriblər.
Tədbirdə yüksək nəticə göstərərək tələbə adını qazanan məzunlara fəxri fərman, pul mükafatı, qiymətli hədiyyələr, bu il birinci sinfə gedən 4 şəhid və 3 qazi övladına isə rayon icra hakimiyyəti, Heydər Əliyev Fondu və YAŞAT Fondu tərəfindən məktəbli ləvazimatları verilib.
Sonda rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı təqdim edilib.

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video