19 Iyun 2022 00:32
541
Elm və texnika
A- A+

Tərcüməçi eynək də yaradılıb

 

Quql yeni innovativ cihazını təqdim edib. Söhbət xüsusi VR (virtual reallıq) eynəkdən gedir.

Bu eynək adi eynəklərə bənzəsə də, funksiyası tamamilə fərqli və unikaldır. Belə ki, o, müxtəlif dillərdə danışan insanlar arasındakı ünsiyyətdə yaranan baryeri aradan qaldırır, qarşısındakı şəxsin istifadə etdiyi xarici dili tərcümə edərək altyazı formatında təqdim edir.

Şirkət tərəfindən təqdim edilmiş video-rolikdə VR eynəyin imkanları sərgilənib. Kadrda quql əməkdaşı ayrı-ayrı dillərdə danışan insanlarla ingilis dilində danışır. Eynək isə öz növbəsində onun sözlərini digər şəxslərin doğma dillərinə tərcümə edərək altyazı formatında təqdim edir. Videodan da görmək olar ki, yeni eynək, həmçinin jestlərlə ifadə edilən dili də təyin edərək onları altyazı formatına çevirə bilir.

Bütün bu imkanlar artıq smartfonlarda mövcud olsa da, quqlun  təqdim etdiyi məhsul ünsiyyət üçün daha rahatdır.

"Tərcüməçi eynəy"in satışa çıxarılma tarixi haqqında hələlik məlumat verilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video