19 Iyun 2022 00:29
432
Elm və texnika
A- A+

Təcili yardım cihazı da olacaq

 

ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri üzrə İdarəsi (DARPA) "Raytheon BBN" adlı şirkətlə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində hərbi tibb işçiləri üçün "Magic AI" adlı VR cihaz hazırlanacaq. Cihaz ilk yardımın təqdim edilməsi üçün pasiyentin vəziyyətini analiz edərək nəticələr üzrə məsləhətlər verəcək.

"Magic AI" tibbi yardım sistemi rolunda çıxış edəcək. O, audio və video sensorlar ilə təchiz olunacaq. Bununla yanaşı, cihazda idarəetmə sistemi süni zəka tərəfindən reallaşdırılacaq. VR cihazın sistemi tibb sahəsini əhatə edən 2500 ədəd video və 50 milyon ədəd foto vasitəsilə təlimatlandırılacaq.

Cihaz real zərərçəkmiş şəxsə qısa vaxt ərzində ilk yardımın göstərilməsi üçün şifahi şəkildə təlimatlar çatdıra və ya hadisənin baş verdiyi yerdə məsləhətləri vizual olaraq təqdim edə bilər. O, lazımi tədbirlərin ardıcıllıqlarını əks etdirəcək və zərərçəkmiş şəxs üçün nəzərdə tutulmuş dərman preparatının dozasının təyin edilməsində də yardımçı olacaq.

Yeni təcili yardım cihazın ilk nümunəsi 2024-cü ildə nümayiş etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video