11 Oktyabr 2025 08:05
586
SİYASƏT
A- A+
TDT böyük təsir gücünə malik beynəlxalq təşkilata çevrilib

TDT böyük təsir gücünə malik beynəlxalq təşkilata çevrilib


Prezident İlham Əliyevin təşəbbüsləri təşkilatın yüksəliş strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir


Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə  türk dünyası ilə bağlı mövqeyini bir daha  bütün dünyaya nümayiş etdirdi və təsdiqlədi ki, bizim ailəmiz türk dünyasıdır. 

Zirvə görüşündə səsləndirilən fikirlər Azərbaycanın türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə yönələn təşəbbüslərinin, qəbul etdiyi qərarların əhəmiyyətinin göstəricisi oldu. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. 

Dövlət başçısı İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının  inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Məhz bu təşəbbüslər nəticəsində TDT böyük təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. "Prezident İlham Əliyev Qəbələ Zirvə görüşündə təşkilatın gələcək inkişafında, türk dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq təkliflərlə çıxış etdi, çağırışlar səsləndirdi. Dövlət başçısı bu gerçəkliyi xüsusi vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir", - deyə Vüqar Rəhimzadə əlavə edib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Qəbələ Zirvə görüşündə diqqəti 30 illik işğal dövrünün gerçəkliklərinə yönəldərək, Vətən müharibəsini şərtləndirən amilləri açıqlayıb, eyni zamanda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylərdən, ən əsası Vaşinqton razılaşmalarından geniş bəhs edib. Zirvə görüşünün gündəmə gətirdiyi mövzuya diqqət yetirsək görərik ki, Azərbaycanın istər regionda, istərsə də dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qala bilməzdi. Digər çıxışlarda da Azərbaycanın regionda sülhə və sabitliyə töhfə verən addımları xüsusi qeyd edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevə  mükəmməl evsahibliyi üçün təşəkkürünü bildirərək  Qəbələ Bəyannaməsinin və qəbul edilən qərarların türk dünyası başda olmaqla, bütün dost və qardaş ölkələrə xeyirli olmasını dilədi. Türk Dövlətləri Təşkilatının Azərbaycan ilə Ermənistan arasında avqustun 8-də imzalanan Birgə Bəyannaməni regionda sülhün və təhlükəsizliyin təmin edilməsi  baxımından xeyirli addım olaraq gördüyünü bildirdi, davamının gəlməsini arzuladı. Macarıstanın Baş naziri Viktor Orban isə çıxışında türk dövlətləri arasında bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə etməsindən məmnunluğunu ifadə edərək  dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi bərpaolunan enerji layihələrini, sülhə və əməkdaşlığa verdiyi önəmi vurğuladı. Əminliklə bildirdi ki, Azərbaycanın  nailiyyətləri, iqtisadiyyatın inkişafı, bərpaolunan enerji resursları və bu sahəyə qoyulan sərmayə  Mərkəzi Asiya regionunun və bu regionun  Avropa İttifaqının "qızıl ehtiyatı" olduğunun sübutudur.

Vüqar Rəhimzadə deyib ki, Azərbaycan 30 il müharibə şəraitində yaşasa da, daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdə olub və bunu real addımları ilə təsdiqləyib: "Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır.  Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. O da qeyd edildi ki, hazırda Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa "yaşıl enerji" dəhlizi üzərində işləyir".

Deputat qeyd edib ki, Azərbaycan TDT-yə üzv ölkələrlə bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihə icra ediləcək. Ümumilikdə, atılan addımlar türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri  arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın çox önəmli amillərdən biri olduğunu önə çəkərək, bununla bağlı təklif irəli sürüb. Türk dünyasının birliyinə böyük töhfələr verən Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bunun bariz nümunəsi kimi, təkcə son bir ildə Türkiyə ilə birgə 25-dən artıq  hərbi təlim keçirilib. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır. "Dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu məqamı da xüsusi qeyd etdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi tam bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir".

V.Rəhimzadə bildirib ki, Qəbələ Zirvə görüşündə qəbul edilən  qərarlar, imzalanan Birgə Bəyannamə  Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək. Dövlət başçısı 1926-cı ildə Bakıda təşkil edilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini diqqətə çatdıraraq gələn il Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi.  

Deputat qeyd edib ki, Qəbələ  Zirvə görüşü türk dünyasının Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi növbəti töhfə ilə də diqqətdə oldu. Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyuldu. Mərasimdə  Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Zirvə görüşündə iştirak edən digər dövlət və hökumət başçıları iştirak etdilər. Bütün bunların və atılan digər addımların fonunda türk dövlətlərinin birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha təsdiqləndi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!