17 Sentyabr 2024 08:15
535
SİYASƏT
A- A+
Şvabenin ermənipərəstliyi

Şvabenin ermənipərəstliyi


Qərbin qərəzli siyasəti Azərbaycanın Avropa Şurasını tərketmə ehtimalını artırır


Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olması, etibarlı tərəfdaş, güvənilən ölkə kimi gündən-günə beynəlxalq nüfuzunun artması, ən əsası siyasi sabitlik mərkəzinə çevrilməsi ilə qərəzli Qərb təsisatlarının hədəfinə çevrilib. Buna görədir ki, erməni lobbisinin sözü ilə oturub duran rüşvətxor Qərb siyasətçiləri sistemli şəkildə respublikamıza qarşı qarayaxma kampaniyası aparırlar. 

Ölkəmizin COP29 kimi mötəbər beynəlxalq tədbirə evsahibliyi edəcəyi bu ərəfədə anti-Azərbaycan təbliğatı xüsusilə gücləndirilib. Qərbdən başladılan "xaç yürüşü"nün önündə isə hazırda formal olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü, almaniyalı deputat Frank Şvabe gedir. Əslində, Şvabenin Fransa və Almaniyanın sözü ilə oturub-duran oyuncaq fiqur olduğu da gün kimi ortadadır. 


Məkrli niyyət


Bu ilin yanvarında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi və bu qalmaqallı təşəbbüs də məhz Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabe tərəfindən irəli sürülmüşdü. Ancaq həmin vaxt Azərbaycan nümayəndə heyəti özü AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi. Sonrakı müddətdə də almaniyalı deputat Azərbaycanla bağlı davamlı böhtan xarakterli çıxışlar etmişdi. O, avqust ayında KİV-ə verdiyi müsahibəsində guya Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirmiş, ölkəmizi Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham etmişdi. 

Eləcə də bu yaxınlarda ermənipərəst siyasətçi guya Azərbaycanda "siyasi məhbus" probleminin olduğunu iddia edib. Ancaq o özü də yaxşı bilir ki, ölkəmizdə siyasi məhbus yoxdur və onun siyasi məhbus kimi qələmə verdiyi şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər. Sadəcə azərbaycanofob siyasətçinin COP29 kimi nüfuzlu tədbirin keçiriləcəyi ərəfədə qərəzli çıxışlar etməsi beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, ölkəmizin imicinə zərbə vurmaq məqsədi güdür. 

Xatırladaq ki, Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin ("Am Abgrund") hazırlanmasında da ermənipərəst Şvabe yaxından iştirak edib. 

Faktdır ki, bu "demokratik" siyasətçi onilliklər boyu Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasından, talamasından, maddi-mədəni irsimizi məhv etməsindən bir dəfə də olsun bəhs etməyib. 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı vəziyyətdə yaşaması heç zaman "insan haqları keşikçisi" Şvabenin diqqətini çəkməyib.  

Ancaq erməni lobbisinin təsiri altında olan Şvabe Qarabağ ermənilərinin hüquqları barədə bütün tribunalardan danışmağı özünün "mənəvi" borcu (əslində, bunu rüşvət müqabilində etdiyi açıq şəkildə ortadadır) sayır. Halbuki Qarabağın keçmiş erməni sakinləri azərbaycanlılar kimi nə etnik təmizləməyə, nə də hər hansı bir zorakılığa məruz qalıblar. Onlar könüllü şəkildə və tam təhlükəsiz şəraitdə ölkəmizi tərk ediblər.  


Antiazərbaycançı şəbəkə iflasa məhkumdur 


Gətirilən nümunələrdən də aydın olur ki, AŞPA üzvü F.Şvabe erməni lobbisinin maraqlarına xidmət edən qərəzli şəxs kimi antiazərbaycançı şəbəkənin sifarişlərini canla-başla yerinə yetirir. 

Bütün bunların fonunda da görünür ki, hələ də başda ABŞ, Fransa, Almaniya kimi  ölkələr olmaqla bölgədə maraqları olan riyakar Qərb təsisatları Azərbaycanın BMT TŞ-nin 4 qətnaməsini öz gücü ilə yerinə yetirərək torpaqlarının işğalına son qoymasını, suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Hazırda dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiyanın tüğyan etdiyi AŞPA isə ölkəmizə qarşı təşkilatlanmış şəbəkənin bir növ yuvası rolunu oynayır. Çalışılır ki, bu qurum vasitəsilə Azərbaycana siyasi təzyiqlər edilsin.   

Amma Qərbin apardığı bu qərəzli siyasət ümumilikdə respublikamızın Avropa Şurasını tərketmə ehtimalını qüvvətləndirmiş olur. Çünki müstəqil siyasət yürüdən Azərbaycanla heç kəs diktə dili ilə danışa bilməz və ölkəmiz milli maraqlarını təhdid edən istənilən beynəlxalq gücə öz yerini göstərmək iqtidarındadır.  


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:09
14 Oktyabr

Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib

12:03
14 Oktyabr

“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır

12:00
14 Oktyabr

İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır  

11:59
14 Oktyabr

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:57
14 Oktyabr

İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb

11:47
14 Oktyabr

Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı

11:41
14 Oktyabr

“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir

11:32
14 Oktyabr

Çin ordusu təlimlərə başladı

11:17
14 Oktyabr

Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto

11:15
14 Oktyabr

ABŞ-də atışma: Bir ölü, 9 yaralı var

11:12
14 Oktyabr

Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib

11:03
14 Oktyabr

Son iki gündə 12,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

11:02
14 Oktyabr

Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

10:39
14 Oktyabr

Azərbaycan Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə qonaq qismində təmsil olunub

10:37
14 Oktyabr

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib

09:52
14 Oktyabr

Millətlər Liqası: IV tura 8 oyunla start verilib

09:41
14 Oktyabr

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Slovakiyanı qəbul edəcək

09:34
14 Oktyabr

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

09:32
14 Oktyabr

Zurab Papaskiri: Gürcüstanda hakimiyyət dəyişsə də, Azərbaycanla münasibətlər dəyişməyəcək

22:41
13 Oktyabr

Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

22:07
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!