Şuşaya payız gəlir...
Şuşaya payız gəlir. Sevgi dolu, arzu dolu bir payız. İllər idi ki, Şuşamızın yazı da, payızı da zimistana dönmüşdü. Şuşa adı çəkiləndə bağrımızın başı od tutub yanırdı. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə zəfər yürüşünə çıxdı. Oğullarımız dağlardan, qayalardan keçərək zirvələrə doğru yol aldılar. Şuşanı azad edib 28 illik həsrətdən sonra bizləri arzularımızın, xəyallarımızın şəhərinə qovuşdurdular.
İki ildir ki, Şuşaya bahar gözlü payız gəlir, gülə-gülə, fərəhlə, qürurla... Bu cənnət şəhərin daşı da, qayası da, uçulub viran qalmış evləri də, küçələri də abadlaşmağa, gözəlləşməyə başladı, ruhu təmizləndi... Məscidlərimizdən yenidən azan səsləri gəldi. Dini ocaqlarımız yenidən bərpa edildi. Şuşa mədəniyyət paytaxtımız elan olundu. İlk səfəri zamanı Prezident, Müzəffər Ali Baş Komandan Şuşaya özü ilə Azərbaycan və dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş dahi insanların heykəllərini apardı. Şuşada ilk olaraq söz adamının, şair Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi bərpa edildi.
Şuşa bu gün beynəlxalq tədbirlərin, böyük musiqi festivallarının, elmi konfransların ən çox keçirildiyi məkandır. Bura təkcə mədəniyyətimizin, musiqimizin paytaxtı deyil, həm də cəsurluğun, qorxmazlığın, vətən sevgisinin, yurda, torpağa məhəbbətin əsl ünvanıdır.
Qələbəmizin ikinci ilinin payızı Şuşaya xoş növraq, gözəl gün, abadlıq, xoş arzu və saf niyyətlərlə gəlir. Hər yer gözəlləşir, abadlaşır. Şuşa bu payız daha da qürurludur. Möhtəşəm qələbəmiz dünyanın siyasi masalarında tarixin gerçəkliyi kimi qəbul olunur. Azərbaycan əsgərinin sinəsində daşıyıb Şuşada qaldırdığı müzəffər bayrağımız bu payız daha qürurla dalğalanır.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydal...
28 Mart
Gürcüstanda ölüm halları artır - Statistika
28 Mart
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan
28 Mart
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart
Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - SORĞU
28 Mart
ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə gələcək
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!