Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Yolumuz Şuşa şəhərinədir. Ölkəmizin hər yerində olduğu kimi sentyabrın 1-də musiqi beşiyimiz Şuşada da növbədənkənar parlament seçkiləri keçirildi. Erməni işğalından azad olunmuş şəhər həyatının ən gözəl, ən əlamətdar günlərindən birini yaşayır.
30 illik həsrətdən, ayrılıqdan sonra doğma ocaqlarına qayıtmış şəhər sakinləri ilk dəfə olaraq parlament seçkilərində iştirak edərək ən yaxşı, ən layiqli namizədə səs verdilər.
`124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinın 2 məntəqəsi Şuşa şəhərində yerləşir. 1 nömrəli orta məktəbdə təşkil edilmiş 46 saylı seçki məntəqəsində böyük canlanma var idi. Doğma ocaqlarına qayıtmış sakinlər yüksək ovqatla məntəqələrə gəlirdilər.
Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova seçkilərin gedişindən söz açaraq dedi: "Şuşa sakinlərinin uzun ayrılıqdan sonra doğma şəhərlərində səs vermələri tarixi hadısədir. Beş il əvvəl bunları yalnız xəyal etmək olardı. Amma Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında xəyalları gerçəkləşdirdi. Məntəqəmizdə 768 nəfər səs verəcək. İndi şuşalılar doğma şəhərlərində keçirilən parlament seçkilərində həvəslə iştirak edirlər. Seçki məntəqəsində seçicilərin səs vermələri üçün tələb olunan bütün lazımi şərait yaradılıb. Səhərdən seçki fəallığı hiss olunur. Seçki gününə qədər məntəqə seçki komissiyasının əməkdaşları müxtəlif treninqlərdə iştirak edərək kifayət qədər təcrübə toplayıblar".
Müşahidələrimiz göstərdi ki, seçki məntəqəsi səsverməni yüksək səviyyədə təmin etmək üçün bütün zəruri texniki və metodiki vəsaitlərlə təmin olunub. Seçici siyahıları ilə yanaşı, lazımi məlumat lövhələri də asılıb. Seçicilərin səs vermələri üçün kabinələr yaradılıb.
Məntəqəyə gələn seçicilər nəzarətçilərə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini təqdim edir, adının qarşısından imza ataraq bülleteni alıb səs vermək üçün kabinələrə daxil olurlar. Burada ən layiqli hesab elədiyi namizədə səs verdikdən sonra bülleteni şəffaf rəngli qutuya atırlar.
Məntəqəyə həm yerli, həm də beynəlxalq müşahidəçilər gəlirlər. MDB və Birləşmiş Krallıqdan müşahidəçi qruplar məntəqədə olublar. Onlar seçkinin gedişini yüksək qiymətləndiriblər.
Biz müşahidə apardığımız müddətdə məntəqəyə səs vermək üçün gələnlərin ardı-arası kəsilmirdi. Səsverməyə gələnlərin də, məntəqədən çıxanların da üzlərindən sevinc yağırdı. Bu da səbəbsiz deyildi. Çünki onlar uzun illərdən sonra doğma şəhərlərində parlament seçkilərində iştirak edirlər. Bu iştirakdan da qürur duyur, iftixar hissi keçirirdilər.
Şuşa sakini Rəqsanə İsmayılzadənin 18 yaşı təzəcə tamam olub. Buna görə də seçkilərdə ilk dəfədir iştirak edir: "Mənim üçün bu gün çox əlamətdardır. Çünki parlament seçkilərinə birinci dəfədir ki, qatılmışam. Bu mənim üçün ikiqat sevindiricidir. Deməli, artıq mən xalqım və dövlətim üçün layiqli vətəndaş olmuşam. Seçkilərdə həvəslə iştirak edərək ən layiqli namizədə səs verdim. Məntəqədə yaradılmış şəraitdən də razı qaldım".
Məntəqədə səs verən gənc seçici Riad İsmayılzadə də söhbətimizə qoşulur: "Bu gün ömrümün unudulmaz, gözəl günlərindən birini yaşadım. Çünki uzun ayrılıqdan sonra doğma Şuşamdayam, ata-baba yurdumdayam. Başqa şuşalılar kimi mən də böyük həvəs və ovqatla parlament seçkilərində iştirak etdim. Ordu sıralarından yenicə tərxis olunmuşam. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak etmişəm. Ordumuz çox qısa bir müddət ərzində erməni separatçılarını diz çökdürdü. Bu döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram. Ordu sıraralarına illərdən bəri məskunlaşdığım Bakı şəhərindən çağırılmışdım. Tərxis olunandan sonra artıq doğma yurdum Şuşaya qayıtmışam. Bu gün də parlament seçkilərində iştirak etdim. Seçki çox demokratik və şəffaf şəraitdə keçir".
Seçki məntəqəsində "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və SWG S.P.A tədqiqatlar şirkəti (İtaliya) birgə "Exit-poll" keçirirdilər. Birliyin nümayəndəsi Ağəli Məmmədov bildirdi ki, məntəqədən səs verib çıxan seçicilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirirlər. Onlar "exit-poll"da da aktiv şəkildə iştirak edirlər. Onun sözlərinə görə, əvvəllər seçicilər anonim sorğularda iştirakdan imtina edirdilərsə, bu gün müraciət olunan vətəndaşlar heç bir etiraz bildirmirlər. Bu da onu deməyə əsas verir ki, artıq Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb.
Müstəqil müşahidəçi Sara Hüseynova da məntəqədə seçicilər üçün yaradılmış şəraitdən razılıqla danışdı. Bildirdi ki, seçicilərin səs vermələri üçün məntəqədə hərtərəfli şərait yaradılıb.
124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 47 saylı seçki məntəqəsində də seçici fəallığı hiss olunurdu. İnsanlar əvvəlcə adlarını seçici siyahılarında dəqiqləşdirirdilər. Bundan sonra qeydiyyatdan keçib bülleten alır, kabinələrdə səs verirdilər.
Məntəqə seçki komissiyasının sədri Eldar Salahov dedi ki, seçki fəallığı səhər ertədən başlayıb. Hazırkı vaxta qədər 310 nəfər səs verib. Ümumiyyətlə, məntəqədə 899 nəfər seçici səs verməlidir. Seçki bir neçə saatdır ki, başlayıb. Seçicilər məntəqəyə gələrək vətəndaşlıq borclarını yerinə yetirirlər.
47 saylı seçki məntəqəsində səs verənlərin fikirlərini öyrəndik. Seçici Elçin Qurbanov deyir: "Şükür, uzun illədən sonra bu əlamətdar günü görmək bizə nəsib oldu. Sevincimin həddi-hüdudu yoxdur. Bir ildən çoxdur ki, burada işləyirəm. Prezident seçkilərində də səs vermişdim. İndi də parlament seçkilərində iştirak edirəm. Buna görə özümü dünyanın ən bəxtəvər insanı saylram. Doğma Şuşamız gündən-günə gözəlləşir, abadlaşır. Dövlətimiz ata-baba yurduna qayıtmış keçmiş məcburi köçkünlər üçün hərtərəfli şərait yaradıb".
Məntəqəyə gələn şəhər sakinlərinin üz-gözündən fərəh yağırdı. Onlar uzun illərdən sonra suverenliyimizin tam təmin edildiyi tarixi şəraitdə parlament seçkilərində yüksək əhvali-ruhiyyə ilə iştirak edirdilər. Sevincini yaşadıqları bu gün söz yox ki, şuşalıların həyatında silinməz izlər qoyacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Şuşa-Bakı
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
"Azərişıq" ASC-nin nümayəndələri Tovuzda sahibkarlarla görüş keçiriblər
Azercell abunəçilərinin nəzərinə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan beton məhlulunun satın alınması məqsədilə müsabiqə elan edir
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!