15 Dekabr 2022 22:22
295
Elm və texnika
A- A+

“Şuşa İli” çərçivəsində AMEA-da mühüm araşdırmalar aparılıb

 

Dekabrın 15-də AMEA-da “Akademiyanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının rəsm əsərləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2021-2022-ci il ərzində çap edilmiş kitablar, broşürlər nümayiş olunub.

Tədbirdə son illərdə AMEA-da aparılan tədqiqatlar, ölkədə və xaricdə Şuşaya, Qarabağa aid çap edilmiş nəşrlər, məqalələr barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın çoxəsrlik tarixinin şanlı səhifəsidir. Ölkə rəhbərinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən, AMEA-nın elmi müəssisələrində Şuşa, Qarabağ və Şərqi Zəngəzurla bağlı genişmiqyaslı tədqiqatlar aparılıb. Konfransın məqsədi də azərbaycanlı alimlərin son illərdə bu istiqamətdə apardıqları ən mühüm tədqiqatların nəticələrini ictimaiyyətə çatdırmaqdır.

Diqqətə çatdırılıb ki, “Şuşa İli” çərçivəsində AMEA-nın humanitar və ictimai elmlər bölmələri tərəfindən 190-a yaxın kitab (6-sı xarici dildə) çap olunub, azərbaycanlı alimlərin 11 ölkədə 400-dən çox məqaləsi işıq üzü görüb. Otuz il ərzində tədqiqatlardan kənar qalmış Qarabağın tarixi, folkloru, etnoqrafiyası, coğrafiyası, toponomiyası, iqlim xüsusiyyətləri, seysmoloji aktivliyi ilə bağlı AMEA-da mühüm araşdırmalar aparılıb və çap olunmuş əsərlər 70 səhifəlik biblioqrafik göstəricidə əksini tapıb.

Konfransda “Şuşa Azərbaycanın musiqi məbədidir”, “Şuşa - siyasi mərkəzdən mədəniyyət paytaxtına (tarixi yolun əsas mərhələləri)”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatın diskursu”, “Qarabağ və Şərqi Zəngəzur rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi” mövzusunda məruzələr dinlənilib.

Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video