Sumqayıtda ana südü ilə qidalandırmaya həsr olunan tədbir keçirilib
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyindəki Perinatal Mərkəzin təşkilatçılığı ilə "Ümumdünya ana südü ilə qidalandırma həftəsi"nə həsr olunan tədbir keçirilib.
STM-in Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəbli açılış mərasimində bildirib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 1-7 avqust ölkəmizdə də ana südü ilə qidalandırma ilə bağlı müxtəlif tədbirlər keçirilir: "Əsas məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır".
Sonra Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova ana südü ilə qidalanmanın əvəzsiz əhəmiyyətindən söz açıb. Bildirib ki, ana südü körpələrin sağlamlığını yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı onların orqanizminin davamlılığını artırır: "Körpələri ana südü ilə qidalandırmağın mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqənin təmin olunmasıdır. Bundan əlavə, körpəni ana südü ilə qidalandırmaq ananın sağlamlığına da müsbət təsir edir".
Sonra Ankara Universiteti Tibb Fakültəsinin professoru Ömer Erdeve tədbirin əhəmiyyətindən danışıb. Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, BMT-nin Uşaq Fondunun nümayəndələri də çıxışlarında ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırıblar.
Çıxışlardan sonra "Ana Südü ilə qidalandırmaya sosial yanaşma", "Hamiləlikdə COVID-19-a yoluxmuş analardan doğulan yenidoğulmuşların qidalanması", "Ana Südü ilə qidalandırmanın üstünlükləri", "Ana südünün möcüzəsi" mövzusunda təqdimatlar nümayiş olunub. Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!