Şuduqlu şagirdlərin artıq müasir məktəb binası var
Qubanın Şuduq kəndi təbiəti və relyefi baxımından digər ərazilərdən seçilir. Kənd turistlərin həmişə həvəslə gəldikləri, təbiətinə vurğunluq ifadə etdikləri yerlərdəndir. Şuduq camaatı da dünyagörüşləri ilə fərqlənir. Bu kənddən təhsil alanların sayı digərlərinə nisbətən daha çoxdur.
Amma uzun zaman idi ki, belə bir kəndin müasir tələblərə cavab verən məktəbi yox idi. Kənd şagirdləri qonşu kəndlərin məktəblərində təhsil almağa məcbur idilər. Kənd camaatı məktəb sarıdan əziyyət çəkdiklərini rayon rəhbərliyinə bildirdilər. Müraciət cavabsız qalmadı. Ötən ilin əvvəllərində kənddə modul tipli məktəbin tikintisinə başlanıldı. Şuduqun dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşməsinə baxmayaraq, yeni texnologiyalarla quraşdırılan məktəb binası az bir zamanda istifadəyə verildi.
Məktəb 40 şagirdlikdir. Bina yanğından xəbərdarlıq sistemi ilə yanaşı, işıq və su təchizatı ilə təmin edilib. Dərs ləvazimatları, bütün fənlər üzrə avadanlıqlarla təchiz olunan məktəbin açılışı bayram kimi qeyd edildi. Ən çox sevinən isə məktəblilər idi. Artıq onların canı qonşu kəndlərə getməkdən qurtulmuşdu.
Qəhrəman QASIMOV,
Quba
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!