29 Dekabr 2022 02:56
543
Oxucu məktubları
A- A+

Soyuqbulağın soyuq günləri

 

Bu il qış deyəsən sərt keçəcək. Bu, mövsüm başlamamış qar yağmağından görünür. 
Yaşadığımız Soyuqbulaq kəndi dağlıq ərazidə yerləşdiyindən burada şaxtalı günlər çox olur. Qazımız olsaydı, bunun nəyi pisdir ki... Təəssüf ki, uzun illərdir qazsızlıq problemi yaşayırıq. Payız gələndə odun  ehtiyatı görürük. Lakin nə qədər ehtiyat görsək də, mavi yanacağın yerini heç nə vermir. Üstəlik, odun da ildən-ilə bahalaşır. 
Hörmətli redaksiya! Xahiş edirik, kənd sakinlərinin bu çətinliyini nəzərə alıb, əlaqədar təşkilatları hərəkətə gətirməkdə bizə kömək göstərəsiniz. 

Gədəbəy rayonu Soyuqbulaq kəndinin sakinləri adından 
Ziyafət BAYRAMOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video