24 Iyun 2022 22:51
503
CƏMİYYƏT
A- A+

Səttar Möhbalıyev: Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur

 

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı hər zaman dillər əzbəri olacaq. Onlar böyük bir missiyanı uğurla sona çatdırmaqla tarixin gedişini dəyişdilər, münaqişənin həlli ilə bağlı saxta proqnozları və yalançı fikirləri alt-üst etdilər. Dünyanın 30 ilə yaxın bir müddətdə müzakirə və təhlil etdiyi münaqişəyə cəmi 44 günə nöqtə qoyuldu, Azərbaycanın şanlı tarixinin ən böyük sərkərdələrindən olan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi reallığa çevrildi. Bu əmrin icrası üçün Silahlı Qüvvələrimizin qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini döyüş meydanında, özlərinin canı və qanı bahasına sübut etdilər. Müharibənin gedişi zamanı və ondan sonra dünya mətbuatında, analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası geniş təhlil olunur və yüksək qiymətləndirilirdi. Hazırda bu taktika dünyanın hərb tarixində yenilik hesab olunur və dərsliklərə salınır. Bu, bir daha onu göstərir ki, Azərbaycan əsgəri adını tarixin səhifələrinə qızıl hərflərlə yazmaqla gələcək nəsillərə böyük bir qəhrəmanlıq məktəbini miras qoyub. Həm düşmənlərə, həm də gələcək nəsillərə göstərdilər ki, Vətənimizə xain baxışların, çirkin niyyətlərin cavabı necə olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və Ordumuzun daha da gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Maddi-texniki təchizat mütəmadi olaraq yenilənir, müasir infrastruktur yaradılır, islahatlar aparılır. Davamlı olaraq formalaşan və inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanır. Həmçinin döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq hərbi təlimlər keçirilir. Daha uğurlu bir addım isə Prezidentin tapşırığı ilə yeni təyinatlı Komando Briqadasının yaradılmasıdır ki, yenilməz Ordumuzun gücünə yeni bir güc qatır və potensialını yüksəldir”, - deyə AHİK sədri bildirib.

“Dövlətimiz hər zaman hərbi qulluqçulara xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə tarixi Zəfər münasibətilə orden və medalların təsis olunması qəhrəman hərbçilərimizə göstərilən ali diqqətinin təzahürüdür. Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsinin qəlbi əsgərlərimizlə bir döyündü. Məhz bu birlik qəhrəman hərbçilərimizə yeni ruh verdi, onları qələbəyə köklədi. Sarsılmaz gücə sahib bu birlik gələcək uğurlarımızın da əsas təminatçısıdır. Xalqımızın Silahlı Qüvvələr Gününə olan münasibəti, bu əlamətdar günü böyük sevinc və coşqu ilə qeyd etməsi dediklərimizin sübutudur”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video