10 Avqust 2024 00:24
2301
Fərmanlar
A- A+
"Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

"Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
1. "Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 
1.1.  2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
2.1.3. Mərkəzin idarəetmə orqanları rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.1.4. Mərkəzin yenidən təşkili və ləğvi;
2.1.5. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;";
1.2.  2.3-cü bənd üzrə:
1.2.1.  2.3.1-ci bənddən ", strateji məqsədlərinin və fəaliyyət planlarının" sözləri çıxarılsın;
1.2.2.  2.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.3.2. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi.";
1.3. həmin Fərmanla təsdiq edilmiş "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi" üzrə:
1.3.1. 2-ci hissə üzrə:
1.3.1.1. adından "məqsədi və" sözləri çıxarılsın;
1.3.1.2.  2.1-ci bənd ləğv edilsin;
1.3.2. 3-cü hissə üzrə:
1.3.2.1. 3.1.16-cı yarımbənddə "qanunvericilik aktlarının" sözləri "normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin;
1.3.2.2. aşağıdakı məzmunda 3.1.20-1-ci, 3.1.26-1-ci və 3.2.1-1-ci yarımbəndlər əlavə edilsin:
"3.1.20-1. sosial tədqiqatlar sahəsində elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;";
"3.1.26-1. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;";
"3.2.1-1. sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;";
1.3.2.3.  3.1.25-ci yarımbənddə "və yerləşdirilməsini" sözləri "yerləşdirilməsini" sözü ilə əvəz edilsin və həmin yarımbənddən "və təhlükəsizliyini" sözləri çıxarılsın;
1.3.2.4.  3.2.11-ci yarımbənddə "fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı" sözləri "sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq," sözləri ilə əvəz edilsin;
1.3.2.5. 3.2.13-cü yarımbənddə "Mərkəzin Nizamnaməsi" sözləri "bu Nizamnamə" sözləri ilə əvəz edilsin;
1.3.3. 4-cü hissə üzrə:
1.3.3.1.  4.5.4-cü və 4.8.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin: 
"4.5.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;";
"4.8.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;"; 
1.3.3.2.  4.5.8-ci yarımbənddən "törəmə" sözü çıxarılsın;
1.3.3.3. 4.6-cı bəndin birinci cümləsində "iclasları ayda bir dəfədən az olmayaraq çağırılır" sözləri "sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir" sözləri ilə,  altıncı cümləsində "İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün)" sözləri "iclasa sədrlik edənin" sözləri ilə əvəz edilsin;
1.3.3.4. 4.7-ci bəndin birinci cümləsinə "üzvlərinə" sözündən sonra "və İdarə Heyətinin iclaslarına dəvət olunan digər şəxslərə" sözləri əlavə edilsin;
1.3.3.5. 4.8.7-ci yarımbənddə "Mərkəzin" sözü "özünün və Mərkəzin struktur bölmələrinin" sözləri ilə əvəz edilsin;
1.3.3.6. 4.8.9-cu yarımbənddə "əməkhaqqı" sözü "əməyin ödənişi" sözləri ilə əvəz edilsin;
1.3.4. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:
"5.4-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.";
1.3.5.  7.2-ci bənddən "statistik uçot aparır," sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siqaret idxalına qadağa qoyula bilər  

15:42
07 Oktyabr

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

15:36
07 Oktyabr

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

15:24
07 Oktyabr

Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub

15:00
07 Oktyabr

5000 illik qəbir aşkar edilib

14:40
07 Oktyabr

Uçan taksi nümayiş etdirilib

14:39
07 Oktyabr

Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək

14:25
07 Oktyabr

Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq

14:24
07 Oktyabr

Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır

13:58
07 Oktyabr

Çinə aid avtomobil karvanı partladıldı 

13:57
07 Oktyabr

Sabah daha bir yağmursuz payız havası gözlənilir

13:55
07 Oktyabr

Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

13:54
07 Oktyabr

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

13:48
07 Oktyabr

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb

13:39
07 Oktyabr

"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov  

13:16
07 Oktyabr

XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib

13:14
07 Oktyabr

Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB

13:03
07 Oktyabr

“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA

13:00
07 Oktyabr

Ukrayna F-16-ların ilk partiyasını aldı  

12:20
07 Oktyabr

AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir

12:19
07 Oktyabr

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

12:18
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!