09 Dekabr 2022 01:37
235
İDMAN
A- A+

Sonun başlanğıcı

 

"Dünya çempionatını komandaların nümayiş etdirdiyi futbola görə iki mərhələyə bölmək olar. Birincisi qrup, digər isə 1/8 finaldan sonrakı mərhələ. Çünki burada bütün kartlar artıq açılır". Mundialın başlandığı gündən etibarən bu fikirləri çox səsləndirmiş, ətraflı məlumat vermişdik. 
Hər turnirdə olduğu kimi qrupdan növbəti mərhələyə bir tur qalmış çıxmağı təmin edən komandalar axırıncı oyunlara ehtiyat futbolçularla çıxmağa daha çox üstünlük verdilər. Bu durum qrupdakı zəif rəqiblərin sürprizlərə imza atması ilə nəticələndi. Hətta bəzi komandalar bu fürsətdən istifadə edərək növbəti mərhələyə yüksəldilər. 
Artıq bu gündəın etibarən 1/4 final mərhələsinə start veriləcək. Günün ilk matçında Xorvatiya və Braziliya yığmaları qarşılaşacaqlar. Günün sonunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər.
Niderland yığmasının daha gənc kollektivdən ibarət  olması argentinalıları təcrübə baxımından bir addım önə çıxartdı. Cənubi Amerika təmsilçisi mundiala yaxşı başlamasa da, sonradan özünə gəlməyi bacardı. Heyəti Messinin rəhbərliyi altında daha təcrübəli futbolçulardan təşkil edilən yığma geri dönüş etməyə nail oldu. Amma meydanda çox maraqlı qarşılaşma izləyəcəyimizi düşünürük.
Xorvatiyanın isə Braziliya qarşısında işi çox çətin olacaq. Böyük ehtimalla xorvatlar bütün zonaları bağlayaraq müdafiə olunub  əks hücum taktikası seçə bilərlər. Hədəfdə qol buraxmadan matçın taleyini 11 metrlik zərbələrə daşımaq da ola bilər.  
Bir çoxlarının favoriti olan Braziliya yığmasının alternativli hücum keçidləri  bütün komandalar üçün aşılması çətin sədd olaraq görülməkdədir. Xüsusilə 
2-ci və 3-cü zonaya sürətli keçid oyununu braziliyalılar çox mükəmməl şəkildə yerinə yetirirlər. Bunları nəzərə alsaq, xorvatların texniki heyətinin işi heç də asan olmayacaq.
Gələk, turnirdə böyük sürprizə imza atan Mərakeş yığmasına. Həqiqətən mundiallar tarixində ad olaraq bu yüksəliş sürpriz kimi dəyərləndirilsə də, komandanın mövcud oyun planı, futbolçu heyəti hazırkı nəticənin ədalətli olduğunu göstərir. Ləqəbi "Atlas aslanları" olan yığma İspaniya ilə qarşılaşmadakı kimi oyuna köklənmədə problem yaşamasa, Portuqaliya yığmasına da çox çətin ola bilər. 
Bir sözlə, başlanğıcı futbol keyfiyyəti sarıdan gözləntiləri doğrultmayan dünya çempionatı həyəcanını bu gündən etibarən yaşayacağıq. Sonun başlanğıcında favoritlər  Braziliya, Fransa  və  Argentina seçmələridir. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video