21 Yanvar 2022 17:52
1255
İQTİSADİYYAT
A- A+

SOCAR və “Equinor” şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə şirkətlər tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” layihəsinin gedişi, eləcə də “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, “Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir. Görüşdə, həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərindən danışılıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR Azərbaycanda “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, “Qarabağ” yatağının işlənilməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənilməsinə dair Risk Xidməti Sazişi imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video