11 Avqust 2022 00:33
694
İQTİSADİYYAT
A- A+

Siyəzənin dağ kəndlərində taxıl biçini yekunlaşıb

 

Siyəzəndə taxıl biçini yekunlaşıb. Rayon üzrə ümumi əkin sahəsinin 5648 hektarında payızlıq buğda və arpa səpini aparılmışdır. 
Buğda əkilən 2779 hektarın 514 hektarı suvarılan, qalanı dəmyə olmuşdur. 2869 hektara səpilmiş arpa toxumununsa 1376 hektarı dəmyə torpaqlarının payına düşmüşdür. Ötən təsərrüfat ilinə nisbətən buğda sahəsi 559 hektar azalmış, arpa sahəsi 44 hektar artmışdır. 
Dağ kəndi Sədanda da taxıl biçini yekunlaşmışdır. Əkin sahələrinin çoxu dəmyə olduğu üçün taxıl gec yetişdiyindən gec də biçilir. Kənd sakini İsmayıl Muradzadə bildirir ki, mayın sonlarında yağan yağışlar becərməyə bir qədər mane olsa da, sonda məhsul bol oldu: "Düzdür, biçin zamanı torpaq nəmli olduğundan kombaynlar sahəyə günortadan sonra çıxırdı. Amma şükür ki, biçini itkisiz başa çatdırdıq". İ.Muradzadənin bu şükrü boş yerdən deyildi. Bir neçə il əvvəl qonşu kənddə taxıl sahəsində baş verən yanğın neçə nəfərin zəhmətini külə çevirmişdi. 
Cari mövsüm hər  hektardan  20,6 sentnerə  yaxın   arpa biçən kənd  sakinləri onu, əsasən, heyvandarlığa  sərf edirlər. Sədanlılar əlavə olaraq 30 hektara yaxın sahədə qarğıdalı da becərirlər. O da, əsasən, mal-qaraya verilir.  Buğda isə yaxınlıqdakı dəyirmana göndərilir. Daşqın Məmmədov bildirir ki, kəndlinin təknəsi çörəkli olanda, demək qışın qorxusu yoxdur: "Maşallah, kənddə hamının çörəyi var. Hətta il boyu qonşu kəndlərə tonlarla buğda satırıq. Paytaxtda və Sumqayıtda keçirilən yarmarkalardan da qalmırıq".
Ümumiyyətlə, sədanlılar pay torpaqlarından   səmərəli   istifadə   edirlər. Sədan kəndinin sahibkarlarına  dövlət  tərəfindən güzəştli  qiymətlə gübrə, taxıl  əkilən hər  hektara görə subsidiya  verilir. Şaiq Bayramov,  Araz  Bağırov, Məmməd Qasımov, Elmar Cəbiyev, Şaban Qəribli dövlətin dəstəyindən yetərincə razı qaldıqlarını bildirirlər. 
Sədanlı fermerlər hazırda biçin yekunlaşmış sahələrdə şumlama ilə məşğuldurlar. Kənddə hamı yaxşı bilir ki, vaxtında çəkilən zəhmət gələcəyin məhsul bolluğu deməkdir.  

Akif ƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video