01 Dekabr 2022 01:19
377
İDMAN
A- A+

Sisse qələbəni Maneyə həsr etdi

 

Seneqal millisinin baş məşqçisi Aliu Sisse "DÇ-2022"nin qrup mərhələsinin 3-cü turunda Ekvadora qalib gələrək (2:1) 1/8 finala vəsiqə qazanmaları barədə danışıb.  
O deyib: "İndi bizim üçün yeni çempionat başlayır. Qarşıda ağır matçlar var. Biz isə əldə etdiklərimizlə kifayətlənməyəcəyik.  Yarışın növbəti mərhələsində rəqibin kim olmasının fərqi yoxdur. Ən yaxşı komandanı da məğlub etməlisən. Buradakı bütün rəqib komandalar çox yaxşıdır. Futbolçularımı tanıyıram və onlara inanıram. Onlar Ekvadorla matçda sübut etdilər ki, lazım olan anda təzyiqin öhdəsindən gəlməyi bacarırlar. Bu bacarıq pley-ofda bizim üçün çox faydalı olacaq".
Sisse onu da bildirib ki, qələbəni yığmanın zədə səbəbindən qrup mərhələsində iştirak edə bilməyən üzvü Sadio Maneyə həsr edir: "Bu qələbəni ölkəmiz üçün möhtəşəm işlər görən, amma burada olmayan birinə - Sadio Maneyə həsr etmək istəyirəm".
Qeyd edək ki, Seneqal yığması tarixində 3-cü dəfə Dünya çempionatında iştirak edir. Seneqal 2002-ci ildə 1/4 finala yüksəlib, 2018-ci ildə isə qrupdan çıxa bilməyib. 2002-ci ildəki mundial zamanı Seneqal komandasının kapitanı olan Sisse 2015-ci ildən millini çalışdırır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video