13 Oktyabr 2024 08:40
903
CƏMİYYƏT
A- A+
Şirvanda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib

Şirvanda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib


Şirvanda Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun anım günü tədbiri keçirilib. 

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə öncə şəhid Xəqani Məmmədovun və digər şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Çıxış edən İlqar Abbasov şəhidin ailəsinə belə vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qeyd olunduğunu bildirən və 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şücaətindən danışan natiq vurğulayıb ki, bu zəfər torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi bir hadisədir. Qeyd olunub ki, Şirvan şəhəri də daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Digər çıxış edənlər də  tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş oğullara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıblar. 

Sonra şəhid Xəqani Məmmədovun adına açılan ehsan süfrəsində xatirəsi ehtiramla yad edilib.

Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alan Xəqani Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 10 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Xəqani Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub  

18:09
08 Noyabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:04
08 Noyabr

Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

18:00
08 Noyabr

Füzulidə Zəfər bayramı ağacəkmə aksiyası ilə başlayıb  

17:14
08 Noyabr

Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib YENİLƏNİB 2

17:10
08 Noyabr

Gürcü politoloq: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bütün geosiyasi dövr üçün mühüm hadisədir  

17:08
08 Noyabr

COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb  

16:52
08 Noyabr

Vətəndaşlar Zəfər parkını ziyarət edirlər 

16:49
08 Noyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək  

16:47
08 Noyabr

Prezident: Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaq  

16:46
08 Noyabr

“TRT Haber” telekanalında tamaşaçılara Azərbaycanın 44 günlük müharibədə Zəfərindən bəhs edilib  

16:35
08 Noyabr

Prezident İlham Əliyev: İnkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimizdir  

16:32
08 Noyabr

Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub -YENİLƏNİB

16:31
08 Noyabr

Lənkəranda Şəhidlər Xatirə Abidə-Kompleksi ziyarət olunub  

16:28
08 Noyabr

Prezident: Vətən müharibəsi və antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir  

16:27
08 Noyabr

Prezident İlham Əliyev: Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır  

16:26
08 Noyabr

Peru paytaxtı Limanın mərkəzində Azərbaycanın Zəfər Günü təntənəsi  

16:18
08 Noyabr

Prezident İlham Əliyev: İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb  

16:12
08 Noyabr

Prezident: Bu gün bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər  

16:11
08 Noyabr

Azərbaycan Prezidenti: İndi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər

16:10
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Meydanından paylaşım edib VİDEO  

16:00
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!