28 Sentyabr 2022 01:04
694
İQTİSADİYYAT
A- A+

Sinoptiklər Avropada qışın sərt keçəcəyini proqnozlaşdırırlar

 

İqtisadçılar isə qitədə iqtisadi tənəzzül və sosial xaosun olacağını bildirirlər

 

Rusiya-Ukrayna müharibəsi illərlə diplomatik cəbhədə davam edən gizli ziddiyyətləri üzə çıxardı. Müharibəyə Qərbin ilk reaksiyası Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi oldu. Buna qarşı şimal qonşumuz əlində olan "güclü silah"dan istifadə edib Avropaya təbii qazın nəqlini dayandırdı. Əvvəlcə bunu texniki səbəblərlə əlaqələndirsə də, sonra açıq şəkildə bəyan etdi ki, Qərb sanksiyaları  ləğv edənə kimi bu proses davam edəcək. 
Şimal qonşumuzun yüksəkrütbəli məmurlarının verdiyi bəyanatlardan məlum olur ki, bu ölkə Avropa ilə iqtisadi münasibətlərdən imtina edib özünə alternativ bazarlar axtarır.
Rusiyanın Avropaya qazı birdən kəskin şəkildə kəsməsi dünyada iqtisadi böhrana yol açıb. Mütəxəssislər hazırkı vəziyyəti növbəti qlobal iqtisadi böhran kimi dəyərləndirirlər. Bunun nəticəsidir ki, dünyada enerji daşıyıcılarının və ərzaq məhsullarının qiyməti həddindən artıq bahalaşıb. O da məlumdur ki, enerji daşıyıcılarının qiymətinin kəskin bahalaşması dünyada iqtisadi artıma ən çox mənfi təsir göstərən faktordur.
Avropada Rusiya qazının dayandırılması ilə bağlı ciddi tədbirlər görülür. Verilən məlumatlara görə, qitənin 18 ölkəsindən 14-ü noyabrın 1-dək anbarların 80 faizinin qazla doldurulması planına 80 faiz əməl edib. Sentyabrın 19-na olan məlumatda isə qeyd edilir ki, Avropanın qaz anbarları 86 faizə yaxın dolub.
Hesablamalardan həmçinin bəlli olur ki, Avropanın qış aylarında təbii qaza olan tələbatı 300 milyard kubmetrdir. Bunun da 194 milyard kubmetri istehsal olunacaq və ya alınacaq, 75 milyard kubmetri isə anbarlarda yığılan qazla təmin ediləcək. Bu isə qitənin aylıq qazla təminatı deməkdir. Əlavə qaza olan tələbat isə 12-20 milyard civarındadır. Ancaq bir şərtlə ki, Rusiya nəqli nəzərdə tutulan qazın hamısını Avropaya göndərsin. Hələ ki, bunu heç kəs bilmir. Ümumiyyətlə, rus qazından tam imtina olunması qitədə ildə 40-60 milyard kubmetr qazın çatışmazlığını yaradacaq. Rusiya qazından imtina təkcə İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığına səbəb olacaq.
Görülən bu tədbirlər Avropanın qışı rahat adlaması üçün yetərlidirmi? Aparılan statistik hesablamalar və bu sahə üzrə ekspertlərin qənaəti mənfidir. Avropanın qaz təchizatının 35 faizini  maye qaz, 29 faizini Norveç, 12 faizini Şimali Afrika ölkələri, 10 faizini isə Böyük Britaniya təmin edir. Rəqəmlərdən açıq görünür ki, bu, Avropanın ehtiyacını tam ödəmir. Deməli, əlavə qazın tədarükünə ehtiyac var.
Uzun illər Avropa İttifaqında insanlar rifah içində yaşayıb. Onların ciddi sosial sıxıntıları olmayıb. Bu üzdən qitədə insanlar belə həyat tərzinə alışıblar. İndi isə onlar yaşam tərzini dəyişməyə, bir sıra məhdudiyyətlərə qatlaşmağa məcbur olacaqlar. Bunu bacaracaqlarmı? Bu sualın cavabı qışda bəlli  olacaq. Hələlik siyasətçilər və hakimiyyətdə olanlar xalqı buna hazır olmağa çağırırlar.
Fransada və Almaniyada oktyabrın 1-dən etibarən evlərdə, ofislərdə temperaturun 1 dərəcə azalmaqla 19-a salınması, həmçinin binaların üzərindəki reklam və adbildiricilərdə işıqların 22.00-dan 06.00-dək söndürülməsi barədə qərar qəbul olunub. Fransada aparılan sosioloji sorğuların nəticələrinə görə, əhalinin 71 faizdən çoxu bunu dəstəkləyir. İndi Avropada havalar isti keçir, qışda isə vəziyyət tamam dəyişəcək. Belə ki, həmin fransızlar qışda soyuqdan üşüdükdə də bu fikirdə qalacaqmı? Bu sualın cavabı da soyuq havalarda veriləcək.
Avropada real vəziyyət deyildiyindən başqadır. Əhali yüksək qaz qiymətlərinə etiraz edir. İtaliya və Çexiyada artıq buna qarşı etiraz nümayişləri də keçirilib.  Xüsusilə qiymətlərin bahalığının üstünə işsizlik problemi də əlavə olunduqda sosial gərginliyin və xaosun qaçılmaz olacağı barədə məlumatlar da yayılır. Enerji daşıyıcılarının bahalığı üzündən Avropanın bir çox ölkəsində bir-birinin ardınca istehsal müəssisələri bağlanır. Hər bir müəssisənin fəaliyyətinin dayandırılması isə işsizlərin sayını artıracaq. Hazırda yayılan məlumatlara görə, Avropada azot istehsalında 70, alüminium istehsalında 25, poladəritmədə isə 5 faizlik azalma müşahidə olunub. Qarşıdakı müddətdə bunun artma ehtimalı daha yüksəkdir. 
Belə bir vəziyyətdə sosioloji rəyin nə qədər düz olması şübhəlidir. Londondakı və Avropanın bir sıra şəhərlərindəki marketlərdə qışı Türkiyədə və  digər ölkələrdə keçirmək barədə turizm şirkətlərinin elanları asılıb. Xüsusilə  təqaüddə olan ahıl adamların bu imkandan istifadə etməsi tövsiyə edilir. Bir sözlə, iqtidarların nə deməsindən asılı olmayaraq əhali ciddi şəkildə narahatdır. 
İnsanlar dövlətin vətəndaşların sosial rifahını təmin edəcəyi barədə verdiyi bəyanatlara da şübhə ilə yanaşırlar. Artıq "qoca qitə"də bir sıra KİV qışın Avropada ciddi sosial problemlər və xaosun yarana biləcəyi barədə materiallar dərc edir. Nəyin necə olacağı isə qışda bəlli olacaq. Ancaq görünən odur ki, bu il qışda Avropa çətin imtahan verməli olacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video