Sığorta sektorundan dövlət büdcəsinə daxilolmalar artıb
Müxtəlif təbii fəlakətlər, yanğın, qəza, yaxud da insan ehtiyatsızlığı üzündən dəyən ziyanın həmin dəyərdə maliyyə vəsaitləri ilə qarşılanması, əlverişli şəkildə tez bir zamanda aradan qaldırılması vətəndaşların sığortaya olan maraq, inam və həvəsini xeyli artırıb.
Üstəlik, sığortalama, hadisə yerinə baxış və ekspertiza, zərərin ödənilməsi mexanizmlərinin sadələşdirilməsi, şəffaflaşdırılması, bürokratik əngəllərə son qoyulması da sığorta şirkətlərinə müraciətləri intensivləşdirib, adıçəkilən sahədən dövlət büdcəsinə daxilolmalar çoxaldı. Sözügedən proseslərin elektronlaşdırılması isə həm vaxt itkisini, həm də qanuna riayətdən yayınma hallarını önləyir.
Sığorta siyasəti iki formada - icbari və könüllü şəkildə həyat keçirilir. Bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il dekabrın 25-də imzaladığı "Sığorta fəaliyyəti haqqında", 24 iyun 2011-ci il tarixli "İcbari sığortalar haqqında" qanunlarla, 2023-cü il 31 iyulda onlara edilmiş əlavə və düzəlişlərlə, eləcə də digər normativ hüquqi sənədlərlə tənzimlənir. Həmin qanun-qaydalar respublikamızda daşınmaz əmlak, avtonəqliyyat vasitələri və onların sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, habelə digər sığortalar üzrə bu sahədə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi-iqtisadi münasibətləri tənzimləməklə, hüquq və mənafelərin qorunması məqsədilə qeyd edilən icbari sığorta növlərinin reallaşdırılmasının ümumi əsaslarını, həmçinin bu işlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirir.
Araşdırmalar göstərir ki, ölkəmizdə sözügedən istiqamətdə ciddi irəliləyişlər var. Bu da sığorta sektorunda dayanıqlı inkişafı təmin edən başlıca səbəblərdəndir. Yerli sığorta bazarının əldə etdiyi müsbət nəticələr həm də islahat tədbirlərinin sistematik həyata keçirilməsi ilə əlaqəlidir. Azərbaycan sığorta bazarına nəzarətedici və tənzimləyici orqan olan Mərkəzi Bankın, habelə sığorta bazarının təmsilçiləri - Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun əhalidə istər sığorta savadlılığının və sığorta məlumatlılığının artırılması, istərsə də cəmiyyətin sığorta xidmətlərinə əlçatanlığının təmini istiqamətində atdığı funksional addımlar da islahat tədbirlərindən sayıla bilər.
Bu arada Mərkəzi Bank cari ilin yanvar-iyun ayları üzrə fərdi qəza və xəstəliklər üzrə yığımlar və ödənişlərin həcmini açıqlayıb. Məlumata görə, göstərilən müddət ərzində bu növ sığorta üzrə yığımlar 2 milyon 43 min manat, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 157 min manat və ya 8 faiz çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında həmin göstərici 1 milyon 886 min manat təşkil edirdi. Bu istiqamətdə 231 min manat sığorta ödənişləri olunub ki, bu da illik müqayisədə 148 min manat və ya 2,8 dəfə yuxarıdır. Çünki ötən ilin eyni dövründə 84 min manat sığorta ödənişləri edilmişdi. Zərərlilik göstəricisi isə son bir ildə 4 faiz artaraq 11 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 7 faiz idi.
Azərbaycanda birinci yarımil də avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi də məlum olub - 27 milyon 390 min manat (Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 9 min manat və ya 22 faiz çox). 2023-cü ilin yanvar-iyun aylarında həmin göstərici 22 milyon 381 min manat hesablanmışdı. Bu növ sığorta ödənişləri 9 milyon 890 min manat təşkil edib ki, illik müqayisədə 964 min manat və ya 11 faiz artıqdır. Əvvəlki ilin eyni dövründə 8 milyon 927 min manat sığorta ödənişləri verilib. Hesabat dövründə zərərlilik göstəricisi 36 faizdir. Son 12 ayda 4 faiz azalan zərərlilik göstəricisi keçən il iyulun 1-ə 40 faiz təşkil edirdi.
Ölkəmizdə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları da artıb. Bu ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur. O cümlədən son bir ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 1,8 milyard manat təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 faiz artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manata çatıb.
Dövlət rəhbərliyinin əhalinin tibbi sığortası yönündə qəbul etdiyi qanun və qərarlar, həyata keçirilən fəaliyyət də öz bəhrəsini verməkdədir. 2024-cü il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,7 faiz çoxalaraq 486,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə 8,3 faiz artaraq 340,6 milyon manat olub.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
10 Sentyabr
Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəya...
10 Sentyabr
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyin...
10 Sentyabr
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
10 Sentyabr
Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib
10 Sentyabr
Ayxan Hacızadə: 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud de...
10 Sentyabr
XİN: Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq...
10 Sentyabr
Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib
10 Sentyabr
Ermənistan indiyədək razılaşdırılmış şərtlərlə sülh müqaviləsi imzalamağa hazırdır...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!