21 Sentyabr 2022 00:35
656
İDMAN
A- A+

"Shusha Chess 2022"

 

Mədəniyyət paytaxtımızda ilk rəsmi beynəlxalq yarış başlayır

 

Bu gün mədəniyyət paytaxtımız Şuşada ilk rəsmi beynəlxalq idman yarışı  başlayır.  Görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş turnirin açılış mərasimindən sonra püşkatma olacaq. 
Bu gün həmçinin yarışda ilk turun görüşləri keçiriləcək. İki kateqoriya - kişilər və qadınlar arasında təşkil olunacaq turnirdə iştirakçılar rapid və blits üzrə yarışacaqlar. Hər kateqoriyada 10 şahmatçı mübarizə aparacaq.  Həm kişilər, həm də qadınların yarışında qaliblər rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
Kişilərin yarışında Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Vasif Durarbəylidən başqa, çinli Van Xao, hindistanlı Santoş Gujrathi Vidit, iranlı Parham Maqsudlu, Türkiyə çempionu Mustafa Yılmaz və əfsanəvi özbək şahmatçı, 2004-cü ildə FİDE versiyası üzrə dünya çempionu olmuş Rüstəm Kasımcanov iştirak edəcəklər.
Qadınların turnirində isə milli komandamızın üzvləri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva ilə yanaşı Gürcüstan şahmatçıları Nana Dzaqnidze və Meri Arabidze, israilli Marsel Efroimski, polşalı Yolanta Zavadzka və Türkiyə çempionu Kübra Öztürk Örenli mübarizə aparacaqlar. 
"Shusha Chess 2022" şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Bu turnir nəinki Şuşada, ümumilikdə Qarabağda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat yarışı olacaq. 

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video