25 Sentyabr 2022 00:49
455
CƏMİYYƏT
A- A+

Səyyar görüşdə mingəçevirlilər problemlərindən söz açdılar

 

Sakinlər əmin edildilər ki, qaldırılan məsələlər həllini tapacaq

 

Mingəçevir şəhər sakinləri ilə növbəti səyyar görüş Energetiklər yaşayış massivindəki Naxçıvan küçəsi ərazisində  oldu. Görüşə həm də şəhərin müxtəlif küçə və məhəllələrindən sakinlər də gəlmişdilər. 
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra sentyabr ayının 12-dən 13-nə keçən gecə Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində düşmənin törətdiyi növbəti təxribatdan danışaraq Vətən torpaqlarının azad olunması, qorunması uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsini yad etdi. 44 günlük Vətən müharibəsindəki zəfər tariximizdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və şəhərdə aparılan abadlıq və quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, bu cür səyyar görüşlər dövlət başçısının tapşırığına  uyğun olaraq keçirilir, əsas məqsəd sakinləri narahat edən problemləri öyrənmək və onların operativ həllinə nail olmaqdır. İcra başçısı şəhərdə kanalizasiya sisteminin yenidən qurulması işlərinin sürətlə görüldüyünü bildirdi. 
Naxçıvan küçəsindəki 46, 48, 48/1, 53/3, 50/2,  C.Əliyev küçəsindəki 1, 2, 13, 13A saylı yaşayış binalarının sakinləri çıxış edərək  qarşılaşdıqları problemlərdən söz açdılar. Saniyə Əbdürrəhmanova istilik sisteminin olmaması səbəbindən qış aylarında xəstəliklərdən əziyyət çəkdiyini bildirdi. Polad Səfərov zirzəmilərdə yığılan su yığıntısının antisanitariya yaratdığından, Ramiz Məmmədov məhəllədə işıqlanmanın olmamasından, Məlahət Nəsibova əqli və fiziki qüsurlu övladının təqaüdünün kəsilməsindən, Qurban Səmədov yaşadığı küçəyə ad lövhəsinin vurulmamasından, Tofiq Rəsulov və Mahud İsmaylov kanalizasiya və işıqlanma sahəsindəki problemlərdən bəhs etdilər. Anar Səbzəliyev, Aygün Nəbiyeva binalarının ümumi istifadə sahələrinin, dam örtüyünün əsaslı təmirə ehtiyacı olduğunu dilə gətirdilər. Bağlar yaşayış massivindən gələn Könül Qurbanova da öz problemindən danışdı. İşsizlik məsələsi, habelə məhəllələrdə sakinlərin istirahəti üçün oturacaqların qoyulmasının, söhbətgahların yaradılmasının zəruriliyi dilə gətirildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinlədikdən sonra keçmiş Regenerat zavodunun ərazisində yeni fabriklərin tikiləcəyini və bunun sayəsində yeni iş yerlərinin açılacağını bildirdi. Görüşdə iştirak edən icra hakimiyyəti başçısı Aparatının məsul işçilərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Yekun olaraq sakinlər əmin edildilər ki, qaldırılan hər bir məsələ nəzarətə götürüləcək və vaxtında həllini tapacaq. 

Lazım QULİYEV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video