17 Sentyabr 2024 08:55
1348
Mədəniyyət
A- A+
"Şeyx Alı"nın ayağı düşərli oldu 

"Şeyx Alı"nın ayağı düşərli oldu 



Orta məktəbin 8-ci sinfində oxuyarkən fizika müəllimi unudulmaz şairimiz Səməd Vurğunun "Vaqif" dramından bir parçanı səhnələşdirməyi qərara alır. Bu məqsədlə şagirdlər arasında rol bölgüsü aparır. 

Vaqif rolu kolxoz sədrinin, Qacar rolu məktəb direktorunun oğluna həvalə edilir. Həmin obrazlarda özünü yaxşı görən yeniyetmə pərt olsa da, özünü sındırmır. Payına düşən Şeyx Alı obrazı üzərində həvəslə çalışıb nəyə qadir olduğunu göstərmək üçün rolunun sözlərini, həmin sözlərin mənasını dərindən öyrənir. Təklikdə sakit bir yerə çəkilib təkrar-təkrar məşq edir. Sözlərin mənasından doğan jestləri, hərəkətləri, mizanları özü üçün müəyyənləşdirir. Tamaşada Şeyx Alının dili ilə Qacara deyilən "Sizə kömək olsun böyük Yaradan, Bu müqəddəs kitab, müqəddəs Quran" sözlərini ifa edərkən pencəyinin altında, sinəsində gizlətdiyi kitabı çıxarıb Qacara göstərir. Bu epizod tamaşaçıların xoşuna gəldiyi üçün alqışlarla qarşılanır. Səhəri gün onu kənd camaatı "Şeyx Alı" deyə çağırır. Bundan sonra yeniyetmə Sücəddin Mirzəyevin ürəyində gələcəkdə aktyor olmaq arzusu yaranır. 

İki il keçir. 1973-cü ildə Masallı rayon İkinci Yeddioymaq kənd orta məktəbini bitirib sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir. İmtahanlardan müvəffəq qiymətlər alaraq Dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. Bəxti gətirir, böyük sənətkar Adil İsgəndərovun qrupuna düşür. Amma bir müddət sonra A.İsgəndərov xəstələnib işdən ayrılmalı olur. Təhsil aldığı qrupa rəhbərlik etmək Ələmdar Quluzadəyə tapşırılır. 

Semestr imtahanları bir-bir geridə qalır. Acılı-şirinli tələbəlik illəri sona çatır. İnstitutu bitirdikdən sonra səhnə danışığı kafedrasının müdiri ona institutda qalmağı təklif edir. Lakin Sücəddin aktyor olmağa üstünlük verir. Xahiş edir ki, onu Lənkəran teatrına göndərsinlər. Bundan xəbər tutan sevimli müəllimi Ə.Quluzadə ondan inciyir: "Niyə institutda qalıb müəllim işləmədin?" deyir. S.Mirzəyev isə ona "Ay sevimli müəllimim, mən burada müəllim olmaq üçün deyil, aktyor olmaq üçün oxumuşam" cavabını verir. Bir müddət keçəndən sonra Ələmdar müəllim Sücəddini başa düşür. Aralarındakı inciklik istiyə düşmüş qar kimi əriyib gedir. 

1977-ci ildə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyorluğa başlayır. Ömrünü bu teatrla bağlayan Sucəddin burada da ailə həyatı qurur, necə deyərlər, lənkəranlı olur. Bununla onun həyatında aktyorluq üçün yeni üfüqlər açılır. Aktyor ona verilən rolların böyük-kiçikliyinə baxmayaraq, hər birinin üzərində böyük həvəs və şövqlə çalışır. Hər bir obrazın daxili aləmini, mahiyyətini tamaşaçıya çatdırmaq üçün istedadını, bilik və bacarığını əsirgəmir. Tamaşaçı alqışları S.Mirzəyevi yeni-yeni uğurlara səsləyir. 2003-cü ildə "Durnalar qayıtdı" bədii filmində, yenə həmin il "Tənha durna uçuşu" film-tamaşasında, 2010 - 2012-ci illərdə bədii serialda, 2013-cü ildə "Sevginin göz yaşları", 2016-2017-ci illərdə "Günəşim ol" seriallarında oynadığı rollar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 

Deyirlər, zəhmət istedadın lampasına neft tökür. Bu mənada Sücəddin Mirzəyev yorulmaq bilmədən öz üzərində çalışaraq yaratdığı hər bir obrazın xarakterini, daxili-mənəvi aləmini, psixologiyasını tamaşaçılara tam və dolğun şəkildə çatdırmağa nail olur - S.Mixalkovun "Bahalı oğlan"ında Timoxin, H.Abbaszadənin "Həzi Aslanov"unda Həzi Aslanov, H.İbsenin "Kukla evi"ndə doktor Rank, L.Korsunskinin "Fırıldaqçı"sında Ata, Ə.Nesinin "İntihar"ında Müştaq bəy, Anarın "Şəhərin yay günləri"ndə Namiq, C.Cabbarlının "Sevil"ində Balaş, N.Nərimanovun "Nadir şah"ında Şah Təhmasib, Ə.Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, S.Vurğunun "Vaqif"ində Əli bəy, E. L.Voyniçin "Ovod"unda Ovod, H.Mirələmovun "Vicdanın hökmü"ndə Rəhim, İ.Əfəndiyevin "Büllur saray"ında Bayandur, M.F.Axundzadənin "Hacı Qara"sında Hacı Qara və onlarca başqa rollar kimi... Bu cür rollarla aktyor rəngarəng obrazlar qalereyası yaratmışdır. 

Çəkilən zəhmət heç vaxt itmir. İncəsənət sahəsində qazanılan hər bir uğur xalq sevgisi ilə bərabər, həm də dövlət tərəfindən yüksək qiymətləndirilir. Bu gün Lənkəran Dövlət Dram Teatrında iki Xalq artisti, iki Əməkdar artist çalışır. Sücəddin də bu sıradadır. O, 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına, 2020-ci, 2021-ci, 2022-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti Mükafatına layiq görülmüşdür. 

Lənkəranda kimi dindirsən, S.Mİrzəyev haqqında xoş sözlər eşidərsən. Uzun illər teatrın direktoru işləmiş, hazırda isə təqaüddə olan Tofiq Heydərov deyir ki, Sücəddin yaxşı aktyordur, teatrı sevən, işinə məsuliyyətlə yanaşan adamdır. "Oynadığı rollara isə söz ola bilməz. Hər bir obrazın üzərində ciddi çalışdığından tamaşaçı alqışları həmişə onu müşayiət edir. Onunla birlikdə neçə-neçə tamaşa səhnələşdirmişik. Rejissorlar, tərəf-müqabilləri onun istedadını, işə yaradıcı münasibətini həmişə yüksək qiymətləndirirlər". Rəssam Ramazan Ağayevə görə, Sücəddin yaxşı aktyor olmaqla yanaşı, həm də yaxşı dostdur: "Tez-tez görüşüb çay süfrəsi arxasında dünyamızda, ətrafımızda baş verən hadisələrdən danışır, fikir mübadiləsi edirik. Nədən danışırıqsa danışaq, sözü gətirib teatrla bağlayır. Hazırladığı rollar haqqında həvəslə məlumat verib fikrimizi öyrənməyə çalışır. O həm də gözəl ailə başçısıdır". 

Yeni teatr mövsümü başlayır. Nəcəf bəy Vəzirov adına Lənkəran DDT-nin kollektivi bu mövsüm də maraqlı, günümüzlə səsləşən əsərləri səhnəyə qoymağı nəzərdə tutur. Əməkdar artist Sücəddin Mirzəyev bütün kollektiv kimi, tətildən sonra yeni obrazlar yaratmağa köklənib. Bu yolda ona və həmkarlarına uğurlar arzulayırıq. 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir

11:08
15 Oktyabr

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

10:52
15 Oktyabr

Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

10:50
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!