30 Avqust 2022 00:51
2344
Oxucu məktubları
A- A+

Sevincimiz hədsizdir

 

Ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də aparılan abadlıq və quruculuq işləri şəhərin simasını başdan-başa dəyişmişdir. Salınan park və xiyabanlar, istirahət məkanları gələn qonaqlarla yanaşı, sakinlərin də rahatlığını təmin edir. 
Xüsusilə uzun illərdən bəri abadlıq və yenidənqurmaya ehtiyac olan mikrorayonlar indi tamamilə yeni görkəm almışdır. Elə bizim yaşadığımız I mikrorayonda da son vaxtlar xeyli abadlıq işləri görülmüşdür. Qeyd edim ki, minlərlə sakinin yaşadığı I mikrorayona ilk sakinlər 1972-ci ildə köçmüşlər. Əvvəl iki yaşayış binası istifadəyə verilmiş, sonra isə onların sayı 11-ə çatmışdır. Elə o zamandan da bu günlərə kimi nə binaların qarşısı və ətrafı, nə də dam örtükləri təmir edilirdi. Üstəlik, ərazidə yağış suyunun yaratdığı gölməçələr bir yana, asfalt örtüyü olmadığı üçün palçıq əlindən tərpənmək olmurdu. Nəhayət ki, bizim də üzümüz güldü. Mikrorayonda olan 11 binanın hamısının dam örtüyü yeniləndi, yollarımıza asfalt döşəndi, işıqlandırma bərpa edildi, uşaqlarımız üçün oyun meydançası yaradıldı. İntizarımız uzun çəksə də, nəticəsi çox ürəkaçan oldu. 
Hörmətli redaksiya! Bütün bu rahatlığı, gözəlliyi biz sakinlərə bəxş edən və əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. 

Rəfiqə YUSİFZADƏ,
Gəncə şəhəri, I mikrorayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video