25 Yanvar 2025 09:05
2437
Oxucu məktubları
A- A+
Səsimiz eşidildi, problem həll olundu

Səsimiz eşidildi, problem həll olundu


Sumqayıtın 3-cü mikrorayonu şəhərin mərkəzində yerləşir. Mikrorayon ərazisində 4 təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəblərin hamısı yanaşıdır. Odur ki, səhər dərslər başlayanda və günorta sona çatanda bu ərazidə böyük qələbəlik olurdu. 

Şagirdlər və onları götürməyə gələn valideynlər bir yandan, avtomobillər də digər tərəfdən - aləm dəyirdi bir-birinə. Belə vəziyyətdə  yolu keçmək çox təhlükəli olurdu.

Biz valideynlər və məktəbin müəllimləri əlaqədar təşkilatlara müraciət etməyi qərarlaşdırdıq. Yaxınlıqda yerləşən tibb müəssisələrinin əməkdaşları da bizi dəstəklədilər. Çox çəkmədi, mütəxəssislər gəlib əraziyə baxış keçirdilər və qərara alındı ki, həmin ərazidə müasir tələblərə cavab verən işıqfor quraşdırılsın, küçəyə hərəkəti nizamlayan xətlər çəkilsin. 

Elə də etdilər. Bununla da illərlə sürən problem aradan qaldırıldı. İndi məktəblərin ətrafında piyadaların və maşınların hərəkəti üçün normal şərait var. Piyadalar üçün xüsusi zolaq da çəkilib. Sözümüzü eşidən və bizi illərin çətinliyindən qurtaranlara minnətdarlığımızı bildiririk.


Gülafət SƏLİMOVA, 

Nəcibə PAŞAYEVA,

Sumqayıt şəhər sakinləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

Azərbaycanın tamblinq millisi dünya çempionu olub  

10:49
08 Noyabr

Antonio Quterreş Braziliyada BMT-yə üz ölkələri təmiz enerji mənbələrindən istifadəni genişləndirməyə çağırıb  

10:42
08 Noyabr

Dünya bazarında qızıl 19 dollaradək bahalaşıb

10:24
08 Noyabr

Xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz  

09:56
08 Noyabr

"AzərEnerji" "İşığın qayıdışı" adlı Zəfər tədbiri keçirib

09:30
08 Noyabr

Xankəndidə Zəfər təntənəsi

09:25
08 Noyabr

Artıq 5 ildir mən Şuşalıyam 

09:20
08 Noyabr

Siyasi qətiyyətin və dövlətin gücünün təntənəsi

09:19
08 Noyabr

"Şuşa bütün azərbaycanlılar üçün əziz şəhərdir"

09:15
08 Noyabr

ZƏFƏR gündəliyi

09:10
08 Noyabr

Zəfərlərin mübarəkdir, Azərbaycan! 

09:05
08 Noyabr

Azərbaycanın təkrarolunmaz Zəfər imzası

09:03
08 Noyabr

Sarsılmaz milli iradənin, beynəlxalq hüququn və tarixi ədalətin zəfəri

09:00
08 Noyabr

Ədalətin və gücün rəmzi

08:55
08 Noyabr

Tarixin axarına yeni başlanğıc verən ZƏFƏR

08:50
08 Noyabr

Milli və siyasi birliyin qələbəsi

08:45
08 Noyabr

Əbədi qürur mənbəyimiz

08:40
08 Noyabr

Azərbaycan böyük Zəfəri öz gücü ilə qazandı

08:35
08 Noyabr

Milli məğrurluğumuzun zirvəsi

08:30
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!