20 Yanvar 2022 00:37
385
İQTİSADİYYAT
A- A+

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artıb

 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ildə 54,5 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı 23,0 faiz artmışdır.

Emal sektorunda tikinti materiallarının istehsalı 80,6 faiz, əczaçılıq məhsullarının istehsalı 58,3 faiz, tütün məmulatlarının istehsalı 54,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kağız və karton istehsalı 26,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,5 faiz, mebel istehsalı 24,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4 faiz, hazır metal məmulatlarının istehsalı 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9 faiz, neft məhsullarının istehsalı 13,4 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,3 faiz, içki istehsalı 2,3 faiz artmış, maşın və avadanlıqların istehsalı 9,1 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, geyim istehsalı 21,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 45,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 92,6 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 18,2 faiz artmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video