13 Sentyabr 2022 00:59
644
Təhsil
A- A+

Şəmkirdəki məktəb-lisey yeni dərs ilinə hazırdır

 

Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkəmizin bütün bölgələri kimi, Şəmkir rayonu da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanır. 
Aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlərin rahatlığını təmin etməklə yanaşı, şəhərin simasını da tamamilə dəyişir. Görülən işlərdə tədris ocaqlarının yenilənməsi də diqqət mərkəzində saxlanılır. Hazırda rayonda bu istiqamətdə bir çox layihə həyata keçirilir. Belə layihələrdən biri də Prezidentin sərəncamına əsasən, Təhsil Nazirliyinə ayrılan vəsait hesabına Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey üçün tikilən yeni binadır.
5 korpusdan ibarət olan binanın iki tədris korpusu 4, digər üç korpusu isə 3 mərtəbəlidir. 1600 şagird yerlik məktəb binasında akt və idman zalları, laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana, oyun meydançası  inşa edilmişdir. 

Sabir ƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video