05 Dekabr 2021 00:39
2742
Oxucu məktubları
A- A+

"Şəmkir səbəti" bazarı infeksiya mənbəyidir

 

Şəmkirdəki "Şəmkir səbəti" bazarında nə desən tapmaq mümkündür. Burada yerli göy-göyərtidən tutmuş istənilən ölkədə yetişən meyvə-tərəvəzə kimi hər şey satılır. Amma satış zamanı nə gigiyena, nə də sanitar qaydalara əməl edilir. Bazarda demək olar ki, sanitar-həkim nəzarəti yoxdur. Bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya ilə əlaqədar karantin qaydaları tətbiq olunur. Lakin bu qaydalara əməl etmək bazarda tamamilə unudulub. Hətta satıcılar tibbi maskadan belə istifadə etmirlər.

Halbuki bazar təzə açılanda hamının zövqünü oxşayırdı. Təəssüf ki, zaman keçdikcə baxımsızlıq ucbatından həmin səliqə-sahmandan  əsər-əlamət qalmadı. İndi qida məhsulları torpağın üstündə, açıq havada satılır ki, bu da xəstəlik mənbəyi yaradır. Bundan başqa, bazarın içərisində həm minik, həm də yük maşınları hərəkət etdiyindən hər tərəf yararsız vəziyyətə düşüb. Bizi təəccübləndirən odur ki, Qida Təhlükəsizliyi Agentliyinin yerli nümayəndələri bütün bunlara göz yumurlar.

Hörmətli redaksiya! Mən dəfələrlə bazar rəhbərliyinə etirazımı bildirmişəm. Lakin heç bir tədbir görülməyib. Rayon sakinləri adından xahiş edirəm ki, "Şəmkir səbəti" bazarında səliqə-sahman yaradılması üçün bizə kömək göstərəsiniz.

 

Oruc ORUCOV,

Şəmkir şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video