31 Mart 2022 01:26
1533
Oxucu məktubları
A- A+

Şəhid övladımın xatirəsi əbədiləşdirildiyinə görə minnətdaram

 

44 günlük Vətən müharibəsində igidliklə vuruşanlar arasında mənim oğlum Rövşən Vəlixanov da var. 1994-cü il doğumlu Rövşənin Vətənə sonsuz sevgisi vardı. Hərbi xidmət dövründə ara-sıra evə gələndə ordumuzun gündən-günə gücləndiyini böyük fərəhlə söyləyərdi. Həmişə də bu sözü təkrarlayırdı: Ali Baş Komandanımız əmr versə, bir neçə günə işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadirik.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatıldı. Murovdağın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak etdi. Lakin oktyabrın 2-də eşitdik ki, Rövşən itkin düşüb. Dekabrın 18-də xəbər gəldi k, şəhid olub. Nəşini gətirib doğulub boya-başa çatdığı Qaraxanlı kənd qəbiristanlığında dəfn etdik.

Amma bu məktubu yazmaqda məqsədim başqadır. Rayonumuzda şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğıkeşlik göstərilir. Rayonda elə bir şəhid ailəsi yoxdur ki, bu diqqət və qayğıkeşlikdən kənarda qalsın. Onların adlarının əbədiləşdirilməsi üçün bir çox tədbirlər həyata keçirilir.

Mənim şəhid oğlumun da xatirəsini əbədiləşdirmək üçün adına bulaq kompleksi inşa edilmişdir. Bu yaxınlarda bulaq kompleksinin açılışı oldu. Rayonun bütün ictimaiyyəti açılışa toplaşmışdı. Çıxış edənlər oğlumun necə vətənpərvər olmasından danışdılar və belə bir oğul böyütdüyümüz üçün bizə minnətdarlıq etdilər. Onlar danışdıqca oğlumla qürur duyurdum.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Aydın VƏLİXANOV,

Tovuz rayonunun Qaraxanlı kənd sakini, şəhid atası 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video