09 Dekabr 2021 00:20
838
İQTİSADİYYAT
A- A+

“Şəhərdən kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək verilib

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən daha bir aqroturizm təsərrüfatına dəstək göstərilib.

Növbəti dəstək göstərilən təsərrüfat Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən, fermer Ceyhun Nuriyevə məxsus arıçılıq təsərrüfatı olub. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük` və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət ediblər.

Arıçılıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahibi son illər turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb. Aqroturizm fəaliyyətinə yeni başlayan təsərrüfat sahibi “Şəhərdən kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb.

“Şəhərdən kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (söhbətgahın tikintisi, təndirxananın bərpası, həyətyanı sahənin hasarlanması və s.) aparılıb və təsərrüfat abadlaşdırılıb.

Qeyd edək ki, “Şəhərdən kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video