29 Iyun 2022 16:41
511
CƏMİYYƏT
A- A+

Səfir: Avropa İttifaqı su ehtiyatlarının idarə olunması sahəsində Azərbaycanın ən önəmli tərəfdaşlardan biridir

Bu gün Zəngilana səfər etməkdən və su ehtiyatlarının davamlı idarə olunması üzrə beynəlxalq konfransda iştirak etməkdən çox şadam. Su ehtiyatlarının idarə olunması çox mühüm sahədir. Həmçinin ilk dəfə “ağıllı kənd”i ziyarət etmək fürsəti əldə etdiyimə görə çox sevinirəm.

Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” beynəlxalq konfransının iştirakçısı, Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Peter Mixalko deyib.

“Bu kənd təqdirəlayiqdir. Burada müasir konseptlərdən istifadə olunaraq bu günün tələblərinə uyğun davranılır. Bildiyiniz kimi, ağıllı kəndlər, şəhərlər Avropa İttifaqının Azərbaycan ilə olan əməkdaşlığında prioritet məsələlərdən biridir. Bu bizim iqtisadi və yatırım planlarımızda olan beş əsas təşəbbüsdən biridir. Biz Azərbaycan hökumətinin ağıllı kəndlərə dair layihələrində, onları necə planlaşdırmasında çox maraqlıyıq.

Bildiyiniz kimi, biz su ehtiyatlarının idarəetməsi üzrə konfransa başlamışıq. Bu çox vacib məsələdir. Çünki su və onu necə idarə etmək yalnız burada deyil dünyanın bütün bölgələrində mühüm məsələyə çevrilib. Avropa İttifaqı bu sahədə Azərbaycanla əməkdaşlıq edən ən önəmli tərəfdaşlardan biridir. Biz əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik. Avropa İttifaqı davamlı inkişaf üçün “yaşıl transformasiyaya” keçid etməkdə qətiyyətlidir. İnkişaf su ehtiyatlarının idarəetməsi, hər kəsin suya rahat əl çatması və hər kəs üçün su ehtiyatının olması məsələlərini əhatə etməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video