Seçki kampaniyasının ilkin mərhələsi uğurla başa çatdı 881 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Növbədənkənar parlament seçkilərinə hazırlıq Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planı üzrə davam edir. Artıq avqustun 2-də namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddət başa çatıb. Bununla da seçki kampaniyasının ilkin mərhələsi uğurla yekunlaşıb.
Seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib
Xatırladaq ki, namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-dən başlamışdı. Bununla bağlı müəyyən edilmiş müddət avqustun 2-si saat 18:00-dək davam etmişdi.
Bu müddətdə Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. Bunu MSK-nın dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, müraciət edənlərdən 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
İndiyədək 14506 nəfər yerli, 99 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
Seçkilərin demokratik keçirilməsini şərtləndirən amillərlən biri də müşahidənin aparılmasıdır. Respublikamızın seçki qanunvericiliyi həm aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarına, həm də beynəlxalq müşahidəçilərə bununla bağlı geniş imkanlar yaradır.
MSK-nın dünən keçirilən iclasında bildirilib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar indiyə qədər 14 min 506 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu müşahidəçilərdən 5477 nəfəri Mərkəzi Seçki Komissiyasında, 9029-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Eyni zamanda seçkiləri müşahidə etmək üçün 8 beynəlxalq qurumdan və 26 ölkədən 99 nəfər akkreditə olunub.
Seçkiqabağı təşviqat avqustun 9-dan başlayacaq
Seçki kampaniyalarının əsas mərhələlərindən biri isə namizədlərin seçkiqabağı təşviqatının həyata keçirilməsidir. Seçki kampaniyasının bu mərhələsində qeydə alınmış namizədlər seçicilərin dəstəyini qazanmaq üçün təşviqat və təbliğatla məşğul olurlar. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib məsələdir.
Respublikamızda seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərində seçkiqabağı təşviqatın aparılması avqustun 9-da başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən aparılır.
Qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq media subyektlərinin adı məlumdur. Eyni zamanda Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqatın media subyektlərində ödənişli əsaslarla da aparılması mümkündür.
Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər respublikamızda müstəqillik dövründə keçirilən sayca 7-ci parlament seçkiləri olacaq. Eləcə də bu, müstəqillik illərində işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilən ilk parlament seçkiləri kimi tarixə düşəcək. Bütün bunlarla yanaşı, növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti təcəssümünə çevriləcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında
11 Sentyabr
Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idma...
11 Sentyabr
Bakı Slavyan Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
11 Sentyabr
Azərbaycan Memarlıq və İnşaat Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqq...
11 Sentyabr
Azərbaycan Rəssamlıq Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, ...
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!