23 Avqust 2022 20:34
1372
Səhiyyə
A- A+

Sarıkök beyində kök hüceyrələrinin istehsalını 80 faiz artırır

İnsan yaşlandıqca beyin tədricən köhnəlir. Bu, qismən kök hüceyrələrinin kifayət qədər istehsal edilmədiyindən baş verir. Lakin demensiya baş verdikdə beyin daha az ixtisaslaşdırılmış hüceyrə istehsal edir ki, bu da yaddaşın itirilməsi kimi problemlərə səbəb olur. Xoşbəxtlikdən, bir ədviyyat kök hüceyrələrinin istehsalını stimullaşdıraraq, bu təsirlərə müqavimət göstərə bilər.

Ağıl zəifliyi beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunan bir sıra xəstəliklərə gətirib çıxarır. Bu cür xəstəlikləri olan insanlarda beyində neyronlar zədələnir və məhv olur, bu neyronlar arasında əlaqə isə pozulur, bu da orqan sahələrinin azalmasına gətirib çıxarır. Xoşbəxtlikdən, bəzi sarıkök birləşmələri beyində yeni neyronların artmasına kömək edə bilər.

“Sarıkök kurkumin adlı bioloji aktiv birləşməsi ilə yaxşı tanınır. Kurkumin Altsheymer xəstəliyi olan pasiyentlərdə koqnitiv funksiyaları inkişaf etdirərək, beyinə iltihab əleyhinə vasitə kimi təsir edir. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, ədviyyatın tərkibində, həmçinin ar-turmeron adlı ikinci bioaktiv birləşmə də var və o, kök hüceyrələrinin sayının çoxalması sayəsində neyrodegenerasiya əleyhinə müdafiəni təmin edə bilir", - deyə həkim-nevroloq Aleksandra Alexina bildirib.

Beyində və onurğa beynində aşkar olunan sinir kök hüceyrələri (SKH) mərkəzi sinir sisteminin müxtəlif növ hüceyrələrinə, misal üçün neyronlara ayrıla bilən xüsusi hüceyrələrdir. Neyronlar təfəkkür üçün həlledici əhəmiyyət kəsb edir, çünki onlar beyin və sinir sisteminin müxtəlif sahələrinə məlumatı ötürür.

Beyin neyron zəncirlərini qurmağa kömək etmək üçün uzun inkişaf dövrü ərzində yeni neyronlar istehsal etməyə meyillidir. Onlar, öz növbəsində, yaddaş üçün həlledici əhəmiyyət kəsb edən beynin müxtəlif sahələri arasında informasiya magistralları kimi hərəkət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video