Sahibsiz itlərin əlindən bezmişik
Son illər ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri yaşadığımız Şəmkir rayonunun Şiştəpə kəndini də başdan-başa dəyişmişdir. İndi kəndin, demək olar ki, su, qaz, elektrik təminatında problem yoxdur.
İstifadəyə verilən elektron ATS kənd sakinlərinə internetə çıxış əldə etməyə imkan vermişdir. Küçələrə asfalt salınmış, mədəniyyət evi, kitabxana istifadəyə verilmişdir. Ümumiyyətlə, kəndimiz indi şəhərdən heç də geri qalmır.
Lakin bütün bu inkişafı gözdən salan bir məsələ bizi çox narahat edir. Son vaxtlar kənddəki sahibsiz itlərin əlindən bezmişik. Bunun da əsas səbəblərindən biri kəndin bir neçə yerində məişət tullantılarının yığılıb qalmasıdır. Zibilin vaxtında daşınmamasının nəticəsidir ki, sahibsiz itlər həmin zibilxanalara toplaşır, sonra isə sürü ilə kəndin küçələrində dolaşırlar. Bəzi hallarda bu itlər insanlara da hücum edirlər.
Hörmətli redaksiya! Xahiş edirik ki, bu problemdən qurtulmaq üçün səsimizi əlaqədar yerlərə çatdırasınız.
İlham VƏLİYEV,
Şəmkir rayonunun Şiştəpə kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeni büdcəli monitor təqdim edilib
25 Aprel
“Apple” yeni süni zəka modelini təqdim edib
25 Aprel
Xərçəngin müalicəsində yeni metod tapılıb
25 Aprel
“Bayden yəhudilərə nifrət edir” - Trampdan açıqlama
25 Aprel
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!