20 Yanvar 2022 00:36
462
İQTİSADİYYAT
A- A+

Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidirlər

 

Yanvarın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın əmək bazarında çağırışlar və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə qurumun sədri Orxan Məmmədov sahibkarlığın məşğulluğun təmin edilməsində rolu, biznesin kadr potensialının gücləndirilməsi üçün hədəflər və agentliyin gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. İnsan kapitalının inkişafı, əmək bazarının tələblərinə uyğun olaraq hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran vəzifələrdəndir. Yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır, onların yaratdıqları dəyəri iqtisadi inkişafın vacib indiqatoru hesab etmək olar. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Agentlik vətəndaşların biznes təşəbbüslərinin reallaşdırılmasında, KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıdır.

Bununla bağlı biznesin qurulması və inkişafı üçün KOBİA tərəfindən sahibkarlar üçün müasir çağırışlara uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri və digər dəstəklər göstərilir, məşğulluğa və kadr potensialının reallaşdırılmasına öz töhfəsini verən layihələr həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video