24 Dekabr 2021 11:53
873
PARLAMENT
A- A+

Sahibə Qafarova: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada siyasi sabitliyin, tolerantlığın ünvanı kimi tanınır  

 

Prezident İlham Əliyev hələ Dövlət Neft Şirkətində birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən daim bir amala - doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət etmişdir. Xalqın Prezident İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 24-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, ali kürsüdə fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən Prezident İlham Əliyev ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb. Prezident İlham Əliyev yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək Partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb, ona böyük nüfuz qazandırıb”, - deyə Milli Məclisin sədri qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video