17 May 2022 17:39
685
PARLAMENT
A- A+

Sahibə Qafarova: Azərbaycanla Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə qonağı səmimiyyətlə salamlayan Sahibə Qafarova qeyd edib ki, ortaq dini və mədəni dəyərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm bazasını təşkil edir. Gələn ay Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində münasibətlərimiz uğurlu inkişaf yolu keçib.

Azərbaycanla Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərarası əlaqələrin inkişafına töhfələr verir. Bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Sahibə Qafarova ötən il Pakistan İslam Respublikasına səfərini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, bu tədbirlər və görüşlər ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər və münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verən Milli Məclisin sədri xüsusilə qeyd edib ki, istər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın dövr, istərsə də Vətən müharibəsi dövründə Pakistan daim Azərbaycana dəstək verərək, qardaşlıq örnəyi nümayiş etdirib. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işləri həyata keçirir.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf göstərilən yüksək qonaqpərvərliyə və tədbirdə iştiraka dəvətə görə minnətdarlığını bildirib. O, Azərbaycanın Pakistan üçün etibarlı dost və qardaş ölkə olduğunu, ölkəmizlə münasibətlərin inkişafına daim xüsusi önəm verdiklərini qeyd edib. O, Milli Assambleyanın sədri kimi, ilk səfərini Azərbaycana etdiyini, ölkəmizin sürətli inkişafının təqdir olunduğunu, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırıb.

Raca Pərviz Əşrəf İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Milli Məclisinə təbrikini ifadə edib.

O, parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, Pakistan Milli Assambleyasının Azərbaycan Milli Məclisi ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirib, ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video