03 Dekabr 2024 08:45
615
İQTİSADİYYAT
A- A+
Şabran bağları bu payız da bar-bəhərlidir

Şabran bağları bu payız da bar-bəhərlidir


Artıq ilin elə vaxtına gəlib çatmışıq ki, hər kəs ötən aylar görülmüş işlərə bir daha nəzər salır, nəyə nail olduğunun və olmadığının səbəblərini təhlil edir, yeni ildə görəcəyi işləri planlaşdırır. Bu baxımdan şabranlı bağbanlar da istisna deyil.

Şabran ölkəmizin şimal bölgəsində iqtisadi inkişafı ilə seçilən rayonlardan biridir. Dövlətin qeyri-neft-qaz sektorunu inkişaf etdirmək və iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq sahəsində qarşıya qoyduğu mühüm vəzifə burada da prioritet sayılır. Ötən illər həyata keçirilən iqtisadi siyasət nəticəsində bu istiqamətdə bir sıra nailiyyətlər də əldə olunub. Şabranlılar ölkədə qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə və bu sahədə daha çox məhsul istehsalına öz töhfələrini veriblər. 

Hazırda rayonun ərazisində meyvə yığımı yekunlaşmaq üzrədir. Builki payız xüsusi bar-bərəkəti ilə seçilir. Bunu toplanan məhsulun həcmini göstərən rəqəmlər də təsdiqləyir: rayon üzrə 143,9 hektar xurma bağından 601,6 ton, 135,9 hektar nar bağından 311 ton, 205,9 hektar heyva bağından 1096,6 ton məhsul yığılıb. Şabranın xurma və narı dərilən kimi sahibkarlar tərəfindən öncədən bağlanmış müqavilələr əsasında satışa çıxarılıb. Bu da təbiidir - Şabranın ləziz dadı və əmtəə görkəmi ilə seçilən bu meyvələri bazarda müştəri sarıdan korluq çəkmir. Bağlardan həmçinin 1567 ton alma, 1232,8 ton armud, 311,4 ton ərik dərilib. Bu meyvələrin bir hissəsi emal müəssisələrinə təhvil verilib. Onu da qeyd edək ki, Şabran əriyi də yarmarka və bazarlarda ən çox alınan meyvələrdəndir. Bu meyvələrin üzərinə bağlardan toplanan 1207,5 ton şaftalını, 280,4 ton gavalını da gəlsək, onda Şabran torpağının nə qədər barlı-bəhərli olmasına şübhə yeri qalmaz. 

Amma bunlar da hələ hamısı deyil. Hazırda rayonda badam yetişdirilməsinə də  maraq çoxdur. Bu, Şabranda demək olar ki, yeni sahədir. Çünki cəmi iki il əvvəl badama rayonda o qədər də maraq yox idi. Bu gün isə vəziyyət tamam dəyişib - cari  mövsüm rayon üzrə 150 hektara yaxın sahədən 50 tondan artıq badam yığılıb. Bir neçə  müəssisə məhsulu almaq üçün bağbanlarla müqavilə bağlayıb. Ona görə də növbəti təsərrüfat ilində badam bağlarının sahəsinin genişləndiriləcəyinin nəzərdə tutulması təbiidir.

Bu il fındıq bağları da yaxşı bar verib. 516 tona yaxın məhsul toplanıb. Hazırda Şabranda 1171 hektar fındıq bağı var. Yazda yeni sahələrdə də fındıq tingləri əkiləcək. Yaxın illər fındıq satışının bu rayonun iqtisadiyyatına sanballı töhfə verəcəyi gözlənilir. Fındıqla bərabər qoza da təlabat artıb. Mövsümdə 70 hektar bağdan 113,3 ton qoz yığılıb ki, bu da əvvəlki ildə olduğundan xeyli çoxdur.

Şabranda 405,9 hektar üzüm bağı da var. Onun 273,4 hektarı süfrə və 132,5 hektarı şərab üzümü sahələridir. Şabranın üzümü şirinliyi ilə seçilir. Odur ki, qonaqlar Şabrandan üzümsüz dönməzlər. Bolluğa da söz ola bilməz. Təkcə cari mövsüm plantasiyalardan 3049,3 ton məhsul götürülmüşdür. Məhsuldarlıq 75,1 sentner olmuşdur. Yığılan meyvələrin böyük hissəsi ölkədaxili bazar və yarmarkalarda satılır. Yeri gəlmişkən, deyək ki, ayrı-ayrı bitkilər üzrə ixtisaslaşmanın, müxtəlif təsərrüfatların formalaşmasının da nəticəsi müsbətdir. 

Əvvəlki illərə nisbətən bu il əldə edilən gəlir çox olduğundan növbəti mövsümdə rayonda yeni meyvə bağlarının salınması planlaşdırılır. Bu həm də ona görə yaxşıdır ki, meyvəçilik, bağçılıq əməktutumlu sahədir. 


Akif ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!