Sabiq icra başçısının Azərbaycana ekstradisiyası məqsədilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib
Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10-cu, 29,120.2.11-ci, 309.2-ci və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.
Baş Prokurorluğun mətbuat xidməti AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci il oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ABŞ tənəzzüldədir
23 Aprel
Öz dilinə tərcümə olunan şair
23 Aprel
Tarixə şahidlik edəcək abidələrimiz
23 Aprel
Zamanın fövqündə dayanan ədəbi irs
23 Aprel
Bütün dövrlərin mötəbər və zəngin qaynağı
23 Aprel
Vətən Laçın sərhədindən başlayır
23 Aprel
Kəhrizlər bərpa olunacaq, sel suları təmizlənəcək, yeni su sistemləri qurulacaq
23 Aprel
Anklav kəndlərimiz də azad ediləcək
23 Aprel
Laçında sərhəd-keçid məntəqəsinin açılması suverenliyin tam təminatına gedən yolun başlanğıcı oldu...
23 Aprel
Qətiyyətin, dəmir iradənin müjdəsi
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!