12 Noyabr 2024 17:14
3165
Elm və texnika
A- A+
Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

COP29 genişmiqyaslı tədbirdir. Burada bizim ilk günümüzdür, biz öz stendimizlə təmsil olunuruq və hər şeyi çox bəyənirik. Üstəlik, bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı münasibətlərimizi nəzərə alaraq, beynəlxalq layihələri müzakirə etmək üçün burada ekspertlərarası iclas keçirməyi qərara aldıq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnaistlərə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib.

“Rusiyada bizim Elm və Ali Təhsil Nazirliyinin karbon sınağı meydançalarının inkişafı üçün layihəsi var. Bunlar Rusiyanın müxtəlif bölgələrində, fərqli ekosistemlərdə yerləşən universitetlərimizin və elmi institutlarımızın bazasında xüsusi elmi və təhsil şəbəkələridir və bir sıra problemlərin həllinə yönəlib. Bu, bir tərəfdən, karbon nəzarətinin yeni elmi üsullarının sınaqdan keçirilməsidir, digər tərəfdən, tələbələri öyrədir, gənclər bu sınaq meydançalarında daha müvafiq biliklər əldə edir, o cümlədən müvafiq təhsil proqramlarını tərtib edir. Bu gün xaricdə, Rusiyadan kənarda güzgü karbon poliqonları ilə bağlı üç yeni layihəni nəzərdən keçirdik. Onlardan biri Braziliyada, digəri isə Serb Respublikasındadır və bu gün burada, Azərbaycanda daha bir poliqonun açılması ilə bağlı razılıq əldə olunub”, - deyə nazir qeyd edib.

Nəzərdə tutulan layihələrdən danışan nazir bildirib ki, iki ölkənin fəal müzakirə etdiyi əsas layihə Rusiya-Azərbaycan birgə universitetinin açılmasıdır. “Əslində, bu, COP29 da daxil olmaqla, Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biridir. Biz artıq danışıqların fəal mərhələsindəyik, tələbələrin parametrləri və sayı, təhsil proqramları, yerləşmə yeri və sairəni müəyyənləşdiririk”, - deyən V.Falkov bildirib ki, universitet Azərbaycan ərazisində yerləşəcək.

Nazir, həmçinin qeyd edib ki, alimlərin çox mühüm vəzifəsi var; siyasətçilərin qərar qəbul etməsi üçün ciddi elmi əsaslar hazırlamaq. “Buna görə də karbon poliqonlarına ehtiyacımız var və bu kontekstdə biz müxtəlif ölkələrdə istifadə olunan, lakin eyni zamanda ümumi yanaşmalara əsaslanan texnikaları müzakirə edirik. Bu yanaşmalar yoxlanılmalı, etibarlı, elmi əsaslandırılmalıdır ki, qərar qəbul edilən zaman siyasətçilərin heç birində şübhə olmasın. Qalan hər şey zaman məsələsidir”, - deyə rusiyalı nazir sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!