17 Yanvar 2022 17:37
850
Səhiyyə
A- A+

Rusiyada koronavirusa qarşı universal vaksin yaratmağı düşünürlər

 

Qamaleya adına Mərkəzin ekspertləri əsası koronavirusun bir sıra ştamı olacaq vaksin hazırlaya bilərlər. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumatı mərkəzin direktor müavini Denis Loqunov verib.

Polivalent “Sputnik”ın yaradılması üzrə işlər hələ ki müzakirə mərhələsindədir. Bu işlər başlasa, vaksin, Uxan, “delta” və “omikron” da daxil olmaqla, koronavirusun artıq bütün məlum olan ştamlarını nəzərə alacaq. Loqunovun sözlərinə görə, nəzəri olaraq, belə vaksin yaratmaq tamamilə realdır.

Alim bildirib ki, bu preparat yarana biləcək mutasiyaları da nəzərə alaraq, koronavirusun bütün yeni mutasiyaları ilə yoluxmadan qorunmağa daha yaxşı kömək edə biləcək. Loqunov etiraf edib ki, yaxın həftələrdə Rusiyada xəstəliyin rekord artımı gözlənilir və yalnız yoluxmanın azalmasından sonra bir qədər sabit vəziyyət yaranacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video