26 Yanvar 2022 15:57
1142
DÜNYA
A- A+

Roma Papası Ukraynada sülh üçün dua etməyə səsləyib

Roma Papası Fransisk yanvarın 26-da Vatikanda keçirilən kollektiv audiensiya zamanı Ukraynada sülhün bərqərar olması üçün dua etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, mərasim “Vatikan xəbərləri” portalında canlı yayımlanıb.

Bir müddət öncə pontifik Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı yanvarın 26-da sülh üçün dua gününün keçirilməsini təklif etmişdi.

“Sizi Ukraynada sülhün bərqərar olması üçün dua etməyə və gün ərzində bunu tez-tez təkrarlamağa çağırıram: Allahdan yer üzündə qardaşlığın çiçəklənməsini, qorxu və fikir ayrılıqlarının aradan qaldırılmasını israrla diləyək. Bu gün səmaya yüksələn dualar məsul şəxslərin zehninə və ürəyinə toxunsun, dialoq üstün gəlsin və hamının rifahı şəxsi maraqları üstələsin”, - deyə pontifik vurğulayıb.

Roma Katolik Kilsəsinin rəhbəri Ukrayna ətrafında yaranan böhranın nizamlanması üzrə beynəlxalq dialoqun tərəfdarı olduğunu dəfələrlə dilə gətirib. Fransisk 2016-cı ilin yazında Ukraynanın şərqində münaqişədən zərər çəkən əhaliyə humanitar yardım göstərilməsi üçün Avropanın bütün katolik kilsələrində ianə kampaniyası elan etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video