30 Noyabr 2021 22:58
417
DÜNYA

Robotlar Yunanıstanda fabriklərdə çalışan işçilərə kömək edəcək

 

Yunan alimləri şagird robotu yaratmaq üzərində işləyirlər.

AZƏRTAC “Europulse” istinadla xəbər verir ki, yunan alimləri insanlarla işləməyi bacaran və onlara avtomobil, qida və kimya sənayesində kömək edə bilən ilk şagird robotun prototipini yaradacaqlar. Robotlar süni intellekt, kameralar və sensorlu həssas “dəri” ilə təchiz ediləcək.

Robotun jestləri tanıması və təkrarlaması üçün ona müəyyən bir hərəkəti necə yerinə yetirəcəyini göstərmək lazımdır. Bundan əlavə, robotlar toqquşmalardan yayınma proqramı ilə təchiz ediləcək. Sadə köməkçi əməliyyatları yerinə yetirməyə kömək edən robotlar insanları iş yerlərindən məhrum etmədən yükü müəssisə işçiləri ilə bölüşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video