09 Dekabr 2021 00:30
778
CƏMİYYƏT
A- A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Center) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müştərək layihə innovativ məhsulları inkişaf etdirmək, Azərbaycanın İKT seqmentinə uzunmüddətli töhfə vermək məqsədilə həyata keçiriləcək.

Ölkəmizdə rəqəmsal transformasiyanı şərtləndirən əsas amillərdən birinin insan resursları olduğu nəzərə alınaraq layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli mütəxəssislər hazırlanacaq.

Tədqiqat və İnkişaf Mərkəzində milli və regional sosial-iqtisadi inkişaf üçün İKT, o cümlədən “5G”, “GPON”, “IP” texnologiyası və digər müvafiq istiqamətlər üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Tədris proqramlarının iştirakçıları ölkəmizdə rəqəmsal transformasiyanın reallaşdırılması üzrə zəruri bilik və bacarıqlara yiyələnəcəklər.

İmzalanma mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev qeyd edib ki, sənəd “Huawei” şirkəti ilə əməkdaşlığa imkan yaradır. Universitetin tələbələri yüksək təhsil almaqla yanaşı, daha erkən mərhələdən tədqiqat və praktiki işlərə qoşula biləcəklər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib ki, ölkəmizin növbəti 10 ildə əsas hədəflərindən biri “Yaradıcı və innovativ cəmiyyət”in qurulmasıdır. Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas tapşırıqlardan biri kimi qarşımıza qoyulub. Bu məqsədlə innovativ ekosistemin formalaşması üçün ölkədə elmi tədqiqatların, eləcə də elm və texnologiya tutumlu emal sənayesinin inkişaf etdirilməsi zəruridir.

“İnanıram ki, bugünkü imzalanma əsasında yaradılacaq birgə Tədqiqat və İnkişaf Mərkəzi hədəflərimizə çatmaqda böyük dəstək rolunu oynayacaq. Nazirlik olaraq bu baxımdan belə mərkəzlərin yaradılması üçün öz səylərimizi əsirgəməyəcəyik”, - deyə Rəşad Nəbiyev vurğulayıb.

“Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Çjao Ley əlavə edib ki, “Huawei” rəqəmsal texnologiyaların Azərbaycan cəmiyyətinin iqtisadi inkişafındakı rolu ilə maraqlanır. Şirkət ölkədə güclü texniki və idarəetmə bacarıqlarını ötürməklə qabaqcıl texnologiyaları tətbiq etməyə və kadrların inkişafını dəstəkləməyə sadiqdir.

“Məhz bu mərkəzin yaradılması Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadə ilə tanış etmək məqsədi daşıyır”, - deyə Çjao Ley qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video