08 Dekabr 2025 21:06
209
Mədəniyyət
A- A+
“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 


Dekabrın 8-də “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə keçən sessiyada İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət İşləri Departamentinin direktoru Lhoucine Rhazoui süni intellektin çağırış olmaqla yanaşı, fürsət yaratdığını qeyd edib. Bildirilib ki, ölkələr rəqəmsal savadlılığı öz planlarında tətbiq etməlidirlər. O, fikirlərinə belə davam edib: “Müsəlman dünyasının hər bir fərdinin zəngin mədəni irsi qorumaq kimi məsuliyyəti var. Mədəniyyət festivalı simvolik xarakter daşıyır. Burada həmfikir insanların şəbəkəsi formalaşır. Məqsədimiz İslam ölkələrinin hədəf və məqsədlərini bir araya gətirməkdir. Gənclər bizim mədəni dəyərlərin daşıyıcıları olacaqlar. Təəssüf ki, dünyadakı əsas gərginliklər İslam ölkələrindədir. İnfrastruktur, texnologiya cəhətdən qeyri-bərabərlik var. Rəqəmsal boşluq mövcuddur. Biz bununla məşğul olmalıyıq. Mədəni irs nümunələrinin əksəriyyəti müharibələr zamanı məhv edilib. Bir hissəsi isə oğurlanıb. Onları bərpa etməli və aid olduğu ölkələrə qaytarmalıyıq. Bunun üçün yeni konsepsiya təqdim etməliyik”.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç festivalın təşkilinə görə Azərbaycan Hökumətini təbrik edib. O, mədəni tarixin siyasi tarixdən daha əhəmiyyətli olduğunu və müsəlman ölkələrinin öz zəngin mədəni tarixi haqqında məlumatlı olmasının vacibliyini qeyd edib. Texnologiyaların mədəni sahədə tətbiqindən bəhs edən M.E.Kılıç deyib: "Texnologiya heç zaman mədəniyyət və insandan üstün olmamalı, lakin alət kimi istifadə edilməlidir. Məsələn biz dahi şair və yazıçıların əsərlərinin əlyazmalarının süni intellektdən istifadə edərək rəqəmsallaşdırılması üsullarını düşünə bilərik".

İƏT-in İnformasiya və Mədəniyyət Məsələləri Daimi Komitəsinin Əlaqələndirmə Bürosunun direktoru Ameth Diallo tədbirin təşkilatçılığına görə Azərbaycan Hökumətinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O, Azərbaycan gəncliyinin böyük optimizm nümayiş etdirdiyini qeyd edib. A.Diallo təşkilat çərçivəsində spesifik platformaların yaradılmasının vacibliyini diqqətə çatdırıb: "Biz birlikdə işləməli və platformaları uyğunlaşdırmalıyıq. Bu, bizdə data baza rolunu oynaya bilər. Lakin rəqəmsal infrastrukturun qurulması üçün investisiya çox vacibdir. Rəqəmsal transformasiyadan qaçış yoxdur. Həmin texnologiyaları işlərimizə töhfə verməsi məqsədilə istifadə etməliyik. Odur ki, biz bir araya gəlməli, müxtəlif alətləri müzakirə etməliyik".

ABŞ-ın Mədəniyyət və Təhsil İnstitutunun (CCEI) baş icraçı direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə vurğulayıb ki, sivilizasiyalar və xalqlar öz irslərini, sadəcə, qorumaqla deyil, həm də onu gələcək nəsillərə çatdırmaqla formalaşır: “Günümüzdə rəqəmsal era bunun üçün bizə gözəl tarixi fürsət verir. Rəqəmsal əsr bizə öz mədəniyyətimizi təbliğ etmək üçün imkanlar yaradır. Gənclər rəqəmsal alətlərdən istifadə edərək öz mədəniyyətlərini nümayiş etdirə bilərlər”.

BƏƏ-də "Mistika" şirkətinin icraçı yaradıcı direktoru və həmtəsisçisi Cimi Elqohari texnologiyanın İslam irsinin gözəlliyini görməyə imkan verdiyini deyib. O, rəqəmsal "storytelling" metodunun bu istiqamətdə vacib alət olduğunu qeyd edərək onun İslam mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.

Panel sual-cavab və müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koordinasiya Şurası Eqmont Qrupunun Bakıda keçiriləcək 32-ci plenar iclası üçün İş Planını təsdiqləyib  

22:08
09 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib  

21:53
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb  

21:48
09 Dekabr

Tramp: Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi  

19:47
09 Dekabr

Nazir Rəşad Nəbiyev Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb  

19:39
09 Dekabr

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib  

19:15
09 Dekabr

Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr aparılı

19:02
09 Dekabr

ANAMA və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib  

18:47
09 Dekabr

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır  

18:36
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

18:27
09 Dekabr

Mədəniyyət naziri Adil Kərimli İƏT Baş katibinin köməkçisi ilə görüşüb  

18:10
09 Dekabr

Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  

18:07
09 Dekabr

İcraçı direktor: Mərkəzi Asiya ölkələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi qurumlar yaradıla bilər  

18:01
09 Dekabr

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!