Rəqabət azadlığı
Bu sahədə yeni məcəllənin qəbulu iqtisadi islahatların effektivliyini daha da yüksəldəcək
İqtisadiyyatın ahəngdar və hərtərəfli inkişafı üçün sağlam rəqabətin formalaşması ən vacib şərtlərdən biridir. Xüsusilə hazırkı qlobal tendensiyalar, beynəlxalq ziddiyyətlər fonunda qiymət artımlarının baş verməsi haqsız rəqabət kimi mənfi halların qarşısının alınmasını zəruri edir. Bu isə uzun müddətdir müzakirə edilən Rəqabət məcəlləsinin qəbul edilməsini yenidən gündəmə gətirir.
İqtisadi islahatların dərinləşməsi üçün yeni imkanlar yaradılır
Rəqabət Məcəlləsi daxili bazarda azad rəqabəti təmin etmək, monopoliyanın qarşısını almaq məqsədilə hazırlanıb. Bu sənəd özündə beynəlxalq təcrübə və müasir yanaşmaları əks etdirir. Uzunmüddətli müzakirələrdən sonra sözügedən məcəllənin layihəsinin növbəti aylarda Milli Məclisdə qəbul edilməsi gözlənilir.
Mütəxəssislərin fikrincə, bu məcəllənin qəbulu ölkə iqtisadiyyatında ciddi yeniliklərə səbəb olacaq. Qanunvericiliyin təkmilləşdirilməsi bazar iqtisadiyyatında sağlam rəqabəti formalaşdırmaqla süni qiymət artımının, istehlak bazarına yersiz müdaxilələrin, eləcə də inflyasiyanın qarşısını müəyən qədər alacaq. Odur ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi iqtisadi inkişafın dinamikliyinin təmin edilməsində mühüm addım kimi xarakterizə oluna bilər.
Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, liberal iqtisadiyyatın formalaşması tam və sağlam rəqabət mühiti tələb edir: "Belə mühitin yaradılması isə Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə haqsız rəqabətə qarşı fəaliyyətlərin sistemləşdirilməsi sayəsində mümkündür. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da rəqabətin gücləndirilməsi əsas prioritetlərdən biri kimi xarakterizə olunub. Bu baxımdan, ölkə iqtisadiyyatında rəqabətin müdafiəsi və gücləndirilməsi ilə bağlı fərqli baxışların ortaya qoyulması, qanunverici bazanın təkmilləşdirilməsi vacibdir".
Deputat qeyd edib ki, bu məcəllənin daha qısa zamanda qəbul edilməsinin tərəfdarıyıq: "Çünki ölkədə azad rəqabətin təminatı üçün Rəqabət Məcəlləsinin əhəmiyyəti böyükdür. Bu sənəd iqtisadi islahatların daha da dərinləşməsi üçün yeni imkanlar yaradacaq. Layihə Milli Məclisə təqdim olunduqdan sonra müzakirələr başlanacaq. Müzakirələr zamanı təkliflərimizi daha aydın səsləndirəcəyik".
Bazar iqtisadiyyatının bel sütunu
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Rəqabət Məcəlləsi qanunvericilik üçün o qədər vacibdir ki, onu bazar iqtisadiyyatının bel sütunu da adlandırmaq olar: "Ona görə də bu məcəlləni qəbul etməzdən əvvəl "yüz ölç, bir biç" prinsipinə əməl etmək vacib şərtdir. Nəzərə almaq lazımdır ki, Rəqabət Məcəlləsi daxili bazarın ümumi vəziyyəti, rəqabətlilik, qiymətlərin formalaşması kimi bir çox vacib məqamlara təsir göstərir. Hətta qanunvericiliyin təkmilləşməsi idxal olunan malların qiymətinə də təsir edə bilər".
Deputat bildirib ki, bu layihə bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanıb: "Bu sənəd rəqabət qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir. Bu çox mühüm məsələdir. Bu gün dövlət qurumları bu məsələ ilə ciddi məşğuldur. Rəqabət Məcəlləsi müfəssəl formada hazırlanmalıdır. Bu, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına yönəlmiş hüquqi baza olmalıdır. Rəqabət Məcəlləsi, həm də maliyyə stabilliyinə təsir imkanları və inflyasiyanın qarşısının alınması baxımından faydalıdır".
Rəqabət Məcəlləsinin qəbulu respublikamızda iqtisadi rəqabət mühitinin yaxşılaşmasına təkan verəcək. Bu isə öz növbəsində iqtisadi islahatların effektivliyini daha da yüksəldəcək.
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyədə zəlzələ: 6234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb VİDEO
08 Fevral
Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı
08 Fevral
Gədəbəydə qarlı şaxtalı hava müşahidə edilir, yollara qum-duz qarışığı səpilir
08 Fevral
Prezidentin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düş...
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub...
08 Fevral
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
08 Fevral
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
08 Fevral
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!